“Novruz töhfələri”adlı tədbir keçirilib
Martın 17-də Təhsil Nazirliyinin dəstəyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında Novruz bayramına həsr olunmuş “Novruz töhfələri” adlı musiqili-əyləncəli tamaşa təşkil edilib.
Tədbirdə Vətən müharibəsi şəhidlərinin övladları, valideyn himayəsindən məhrum olmuş və sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəblərinin və ümumtəhsil məktəblərinin şagirdləri tamaşaçı qismində iştirak edib.
Musiqili-əyləncəli tamaşada 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin teatr dərnəyinin istedadlı aktyorları, rəqs kollektivləri, gənc vokalçıları Novruz bayramı mövzusunda maraqlı proqramla çıxış edib.
Tədbirdə uşaqlar nağıl qəhrəmanlarını canlandırıb, xalqımızın qədim bayramı olan Novruz adət-ənənələrini, bahar ətirli bir-birindən rəngarəng rəqsləri, musiqi nömrələrini nümayiş etdirib.
Sonda bütün uşaqlara hədiyyələr təqdim olunub.
3 il əvvəl
Digər xəbərlər
-
Prezident Kəngərli kənd körpələr evi-uşaq bağçasının açılışında iştirak edib
10.05.2025 - 12:10 -
Prezident Ağdamda Kəngərli kənd tam orta məktəbinin binasının açılışında iştirak edib
10.05.2025 - 11:40 -
Ulu öndər Heydər Əliyevin 102 illik yubileyi Elm və Təhsil Nazirliyində qeyd edilib
08.05.2025 - 18:00 -
Fəxri xiyaban ziyarət edilib
08.05.2025 - 14:22 -
Nazir müavini "Sən elə bir zirvəsən" adlı tədbirdə iştirak edib
08.05.2025 - 13:00