• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycan məktəblərində “IT sinifləri”nin sayı artırılır

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində məktəblərdə “IT sinifləri”nin genişləndirilməsi  üçün hazırlıqlara başlanılıb. Növbəti tədris ilində bu siniflərdə şagird sayının 1000 nəfəri əhatə etməsi nəzərdə tutulub.


Qeyd edək ki, 2021-2022-ci tədris ilində Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərləri üzrə 11 məktəbdə pilot “İT sinifləri”nə start verilib. Bu siniflərdə təşkil olunan dərslərə qeyd olunan şəhər məktəblərinin Azərbaycan və rus bölmələri üzrə ümumilikdə 316 nəfər X sinif şagirdi cəlb olunub.


Dərslərin əsas məqsədi intensiv İT hazırlığı və şagirdlərin İT peşələrinə hazırlanmasıdır. Bu siniflərdə informatika fənni həftədə 5 dəfə keçirilir. Təlim keçmiş müəllimlər tərəfindən dərslərdə şagirdlərə Python-da alqoritmlər və verilənlər strukturu, Python-da oyun dizaynı, şəhər mühitinin veb-dizayn və layihələndirilməsi kimi sahələr öyrədilir. 


Hazırda “Rəqəmsal bacarıqlar” layihəsi ölkənin 16 şəhər və rayonunda 250 məktəbdə 1580-dən çox müəllim və 190 000 şagirdi əhatə edir.
 


2 il əvvəl