Respublika fənn müsabiqələrinə qeydiyyat davam edir
Respublika fənn müsabiqələrinə qeydiyyat prosesi davam edir. Proses 18 mart saat 12:00-da başa çatacaq.
Qeydiyyat https://portal.edu.az/ platforması üzərindən həyata keçirilir. Şagirdlər qeydiyyatdan keçərək buraxılış vərəqəsini əldə edə bilərlər.
Qeyd edək ki, aprelin 3-də ümumi təhsil müəssisələrinin VI-VII sinif şagirdləri arasında respublika fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi keçiriləcək. Müsabiqə fizika, kimya, biologiya, riyaziyyat və informatika fənləri üzrə təşkil ediləcək.
Fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin müəyyən edilməsindən ibarətdir.
3 il əvvəl
Digər xəbərlər
-
Prezident Kəngərli kənd körpələr evi-uşaq bağçasının açılışında iştirak edib
10.05.2025 - 12:10 -
Prezident Ağdamda Kəngərli kənd tam orta məktəbinin binasının açılışında iştirak edib
10.05.2025 - 11:40 -
Ulu öndər Heydər Əliyevin 102 illik yubileyi Elm və Təhsil Nazirliyində qeyd edilib
08.05.2025 - 18:00 -
Fəxri xiyaban ziyarət edilib
08.05.2025 - 14:22 -
Nazir müavini "Sən elə bir zirvəsən" adlı tədbirdə iştirak edib
08.05.2025 - 13:00