Təhsil Nazirliyinin saytında yeni "Təqvim" bölməsi yaradılıb
Təhsil Nazirliyi vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi, əlçatanlığın təmin edilməsi məqsədilə nazirliyin rəsmi internet səhifəsində yeni "Təqvim" bölməsini istifadəyə verib.
Yeni bölmədə vətəndaşlar Təhsil Nazirliyinin il ərzində keçirəcəyi xidmətlər və tədbirlər barədə məlumat əldə edə, müvafiq olaraq onların başlama və bitmə tarixləri ilə tanış ola bilərlər.
Yeni bölmə ilboyu həyata keçiriləcək tədbirlərin tarixini əks etdirərək vətəndaşların tədbirin statusu ilə bağlı məlumat əldə etməsində faydalı olacaq. Eyni zamanda bölmədə təhsil pilləsinə, statusuna, başlama və bitmə vaxtına görə tədbirin daha asan tapılması məqsədilə filter xidməti də əlavə olunub. Bölmədə qeyd olunan tədbirlərin vaxtı il ərzində prosesin gedişatı ilə bağlı olaraq dəyişə bilər. Bu məqsədlə hər hansı bir tədbirin vaxtından xəbərdar olmaq üçün vətəndaşların mütəmadi olaraq bölməyə nəzər yetirmələri tövsiyə edilir.
Bölmə ilə tanışlıq üçün bu keçiddən istifadə edə bilərsiniz: https://edu.gov.az/az/calendar
4 il əvvəl
Digər xəbərlər
-
“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının icrası çərçivəsində Elm və Təhsil Nazirliyi ilə Mədəniyyət Nazirliyi arasında görüş keçirilib
10.07.2026 - 18:00 -
Nazir müavini Həsən Həsənli Ruanda Respublikasının səfiri ilə görüşüb
10.07.2026 - 14:04 -
Firudin Qurbanov Azərbaycan və Türkmənistan arasında Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasında iştirak edib
09.07.2026 - 10:22 -
“SABAH-ın Məzunu 2026” tədbiri keçirilib
08.07.2026 - 19:42 -
Nazir müavini BMU-İNHA ikili diplom proqramının III məzun buraxılışı tədbirində iştirak edib
08.07.2026 - 16:19
