Tələbələr üçün "Qış düşərgəsi"nə qeydiyyatın son günü
Yanvarın 24-də tələbələrin"Qış düşərgəsi"nə (Winter bootcamp) qeydiyyat prosesi başa çatır.
Düşərgədə iştirak etmək istəyən tələbələr https://anket.edu.az/link/174 linki vasitəsilə qeydiyyatdan keçməli və ali riyaziyyat üzrə baza biliklərin (“Riyazi analiz”, “Cəbr və ədədlər nəzəriyyəsi” fənləri üzrə) yoxlanılması məqsədilə təşkil olunacaq test imtahanında uğur qazanmalıdırlar.
Düşərgədə ali təhsil müəssisələrinin riyaziyyat və texniki ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan III və IV kurs tələbələri, həmçinin magistratura səviyyəsi üzrə təhsil alanlar iştirak edə bilərlər.
Qeyd edək ki, düşərgə Təhsil İnstitutunun təşkilatçılığı ilə 5-13 fevral 2022-ci il tarixlərində Quba rayonunda təşkil ediləcək.
2 il əvvəl
Digər xəbərlər
-
Tələbələr arasında keçirilən bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti
08.05.2024 - 15:50 -
Müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək istəyənlərin nəzərinə!
08.05.2024 - 14:58 -
Bakıda PISA üzrə II ISESCO Nazirlər Konfransı keçiriləcək
08.05.2024 - 11:17 -
Sertifikatlaşdırmada iştirak edəcək müəllimlərin nəzərinə!
08.05.2024 - 10:09 -
Dünyaşöhrətli alim “Yeni çağırışlar”da
07.05.2024 - 16:54