• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Məktəblilərimizin VI Meqapolislər olimpiadasında qazandığı uğur

6-13 dekabr tarixlərində Moskvada VI Meqapolislər olimpiadası keçirilib. Dünyanın ən böyük şəhərlərində yaşayan 14-18 yaşlı şagirdlərin qatıldığı olimpiadada 32 ölkədən olan 257 iştirakçı bilik və bacarıqlarını sınayıblar. 

 

Riyaziyyat, fizika, kimya və informatika fənləri üzrə hər fəndən 2 nəfər olmaqla ümumilikdə 8 iştirakçı olimpiadada ölkəmizi onlayn təmsil ediblər.  


Məktəblilərimiz 1 gümüş və 4 bürünc medal olmaqla, ümumilikdə 5 medal qazanıb.  Belə ki, kimya fənni üzrə BDU-nun nəzdində "Gənc İstedadlar" liseyinin XI sinif şagirdi Nəriman Şirinli gümüş medala, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki "Ankara məktəbi" məktəb-liseyin XI sinif şagirdi Əli Bağırov, riyaziyyat fənni üzrə Bakı şəhəri 2 nömrəli texniki-humanitar liseyin XI sinif şagirdi Elçin Musazadə, fizika fənni üzrə nazirliyin birbaşa tabeliyindəki Akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Eşqin Alıyev, informatika fənni üzrə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin XI sinif şagirdi Səid Nəsibov bürünc medala layiq görülüblər. 

 

Bundan əlavə, blits turda Bakı məktəbliləri komanda olaraq üçüncülük yerinin mükafatçısı olub. 


Qeyd edək ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara milli komandaların hazırlıq prosesi 2017-ci ildən etibarən Təhsil İnstitutu və  “Azercell Telekom” MMC  arasında imzalanmış əməkdaşlıq müqaviləsi əsasında həyata keçirilir. Sözügedən müddətdə məktəblilərimiz müxtəlif miqyaslı beynəlxalq olimpiada və müsabiqələrdə uğurla çıxış edərək 1 qızıl, 7 gümüş və 19 bürünc olmaqla, ümumilikdə 27 medal əldə ediblər.
 


2 il əvvəl