8 məktəbdə təşkil olunan inklüziv siniflərdə 16 uşaq təhsilə cəlb edilib
2021-2022-ci tədris ilində yeni seçilmiş 8 ümumi təhsil müəssisəsində təşkil olunan inklüziv siniflərdə 16 uşaq təhsilə cəlb edilib. Sözügedən müəssisələr Bakı şəhəri 246 nömrəli məktəb-lisey, Quba şəhəri 2 nömrəli məktəb-lisey, Gəncə şəhəri 39 nömrəli tam orta məktəb, Sumqayıt şəhəri 4 və 21 nömrəli tam orta məktəblər, Şirvan şəhəri 10 nömrəli tam orta məktəb, Qazax şəhəri 2 nömrəli tam orta məktəb və Şəki şəhəri 12 nömrəli tam orta məktəbdir.
Qeyd edək ki, təhsil müəssisələrində inklüziv siniflər Təhsil İnstitutunun Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə həyata keçirdiyi “İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi” adlı layihə çərçivəsində təşkil edilib. Layihənin məqsədi inklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsini genişləndirərək Azərbaycanda əlilliyi olan uşaqların təhsil hüququnun təminatına dəstək olmaq və inklüziv təhsil sahəsində məktəblərdə kadr potensialını artırmaqdır. İnklüziv təhsil yalnız əllilliyi olan uşaqlar üçün yox, bütün şagirdlər üçün keyfiyyətli təhsil deməkdir.
4 il əvvəl
Digər xəbərlər
-
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03 -
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
01.06.2026 - 10:33 -
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
29.05.2026 - 16:38 -
Doktoranturada SABAH proqramı
26.05.2026 - 16:43 -
Elm və təhsil naziri Qaxda vətəndaşları qəbul edib
26.05.2026 - 16:00
