“Təhsil Menecerlərinin Peşəkar İnkişafı” layihəsinin ikinci turunun nəticələri
“Təhsil Menecerlərinin Peşəkar İnkişafı” layihəsinin ikinci mərhələsinin nəticələri açıqlanıb.
Layihənin ikinci – qiymətləndirmə mərhələsində iştirak hüququ qazanmış 325 namizəd elektron formada 30 sualdan ibarət məntiqi tapşırıqları yerinə yetiriblər.
İkinci turda 19 və ya yuxarı bal toplayan 118 namizəd müsahibə mərhələsinə vəsiqə qazanıb. Həmin namizədlərlə əlaqə saxlanılaraq növbəti mərhələnin keçirilmə tarixi barədə məlumat veriləcək.
Təhsil Nazirliyinin və Təhsil İnstitutunun birgə elan etdiyi layihənin əsas məqsədi müasir idarəetmə bacarıqlarına yiyələnmiş, informasiya texnologiyalarına bələd olan, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək təhsil işçilərini yetişdirmək və onların peşəkar inkişafına dəstək olmaqdır.
6 il əvvəl
Digər xəbərlər
-
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar
04.06.2026 - 17:36 -
Əlavə təhsilin “Təkrar ali və orta ixtisas təhsili” istiqaməti üzrə sənəd qəbulu başlayır
04.06.2026 - 14:08 -
Nazir müavini Firudin Qurbanov Belarus Respublikasına səfəri çərçivəsində bir sıra görüşlər keçirib
04.06.2026 - 11:00 -
“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılışı baş tutub
03.06.2026 - 15:00 -
Elm və Təhsil Nazirliyi və “Microsoft” ali təhsil müəssisələrində rəqəmsal alətlərə çıxışı genişləndirir
03.06.2026 - 12:29
