İnklüziv təhsildə səriştələrin artırılması üçün təlim
“Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” və “Azərbaycanda inklüziv təhsilin genişləndirilməsi” layihələri çərçivəsində Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda beynəlxalq ekspertlər tərəfindən təlimçilər üçün növbəti təlim keçirilir.
Təlimlərin məqsədi təlimçiləri inklüziv təhsil üzrə müəllim hazırlığı proqramları ilə tanış etmək, onları ali və ümumi təhsil müəssisələrinin müəllimləri üçün ixtisasartırma təlimlərinin keçirilməsinə hazırlamaqdır.
Layihələr çərçivəsində təlimlərə Bakı, Gəncə, Sumqayıt şəhərləri, Quba, Şəki, Şamaxı, Ağcabədi və Cəlilabad rayonlarından cəlb edilmiş 54 müəllim ilkin mərhələdə qeyd olunan proqram əsasında 600-ə yaxın universitet müəlliminin təlimləndirilməsində iştirak edib.
Təlimlər zamanı təlimçilərə inklüziv təhsildə əməkdaşlıq, xüsusi təhsil mütəxəssisləri və digər peşə sahibləri ilə əməkdaşlıq, inklüziv sinif, inklüziv siniflərdə qiymətləndirmə, ailə və uşaq dəstək planları ilə bağlı geniş məlumat verilib.
Qeyd edək ki, “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi Avropa İttifaqının maliyyə dəstəyi ilə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və “Azərbaycanda inklüziv təhsilin genişləndirilməsi” layihəsi isə UNİCEF tərəfindən icra edilir.
7 il əvvəl
Digər xəbərlər
-
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03 -
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
01.06.2026 - 10:33 -
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
29.05.2026 - 16:38 -
Doktoranturada SABAH proqramı
26.05.2026 - 16:43 -
Elm və təhsil naziri Qaxda vətəndaşları qəbul edib
26.05.2026 - 16:00
