Respublika Şahmat Festivalı keçirilir
Mayın 6-da “Şahmat” fənni tədris olunan ümumi təhsil müəssisələrinin şagirdləri arasında Respublika Şahmat Festivalının final mərhələsinə start verilib. Festival ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilib.
“Təhsil” Respublika İdman Mərkəzinin “Zuğulba” Tədris İdman Bazasında keçirilən final yarışının açılış mərasimində Təhsil Nazirliyinin, idman ictimaiyyətinin nümayəndələri, müəllim və valideynlər iştirak edib.
Tədbirdə çıxış edənlər ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından, şahmat idman növünün uşaqlar üçün əhəmiyyətindən danışıb, gənc şahmatçılara uğurlar arzulayıblar.
Açılış mərasimindən sonra yarışlara start verilib.
Yarışın əsasnaməsinə uyğun olaraq final mərhələsinə II, III və IV siniflərdən altı zona üzrə yarışlarda birinci və ikinci yeri tutan oğlan və qız şahmatçılar olmaqla ümumilikdə 72 məktəbli vəsiqə qazanıb.
Festivala 9 may 2019-cu il tarixində yekun vurulacaq.
Qeyd edək ki, festivalın keçirilməsində əsas məqsəd ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünü təntənəli qeyd etmək, “Şahmat” fənni tədris edilən pilot ümumtəhsil məktəblərində bu fənnin mənimsənilmə səviyyəsini artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etmək, istedadlı şahmatçıları aşkar etmək, məktəblilər arasında şahmat idman növünü təbliğ etmək, şagirdlər arasında dostluq və idman əlaqələrini möhkəmləndirməkdən ibarətdir.
7 il əvvəl
Digər xəbərlər
-
Azərbaycan Tələbə Liqasının 2025/2026 mövsümünün bağlanış mərasimi keçirilib
06.06.2026 - 13:00 -
Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramı məzunları ilə görüşüb
06.06.2026 - 11:00 -
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar
04.06.2026 - 17:36 -
Əlavə təhsilin “Təkrar ali və orta ixtisas təhsili” istiqaməti üzrə sənəd qəbulu başlayır
04.06.2026 - 14:08 -
Nazir müavini Firudin Qurbanov Belarus Respublikasına səfəri çərçivəsində bir sıra görüşlər keçirib
04.06.2026 - 11:00
