Azərbaycan Tələbə Liqasının 2025/2026 mövsümünün bağlanış mərasimi keçirilib
Ali təhsil müəssisələrinin tələbələri arasında futzal üzrə Azərbaycan Tələbə Liqasının 2025/2026 mövsümünə yekun vurulub.
III yer uğrunda mübarizədə Bakı Dövlət Universitetinin komandası Azərbaycan Texniki Universitetinin komandasına qalib gəlib. Azərbaycan İdman Akademiyasının komandası Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandasını məğlub edərək liqanın qalibi olub.
Liqanın ikinci yarımqrupunda mübarizə aparan komandalardan I yeri Azərbaycan Dövlət Pedaqoji Universiteti, II yeri Bakı Mühəndislik Universiteti, III yeri Milli Aviasiya Akademiyasının komandası tutub.
Oyunlardan sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə Elm və Təhsil Nazirliyinin, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının, Azərbaycan Tələbə Futbol Federasiyasının, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəsmiləri, veteran futbolçular iştirak ediblər.
Bağlanış mərasimində AFFA-nın Hakimlər Komitəsinə oyunların idarə olunmasındakı səmərəli fəaliyyətinə görə “Təşəkkürnamə” təqdim olunub. Oyunlarda fərqlənən üç tələbə-futbolçu “Ən yaxşı qapıçı”, “Ən məhsuldar oyunçu”, “Ən yaxşı oyunçu” nominasiyaları üzrə xüsusi mükafatla təltif olunub, ikinci yarımqrupun qalib komandalarına hədiyyə, liqanın qalib komandalarına medal və pul mükafatı, çempion komandaya kubok təqdim edilib.
Qeyd edək ki, Azərbaycan Tələbə Liqası 2023-cü ildən etibarən Elm və Təhsil Nazirliyi, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının təşkilatçılığı ilə keçirilir.
Azərbaycan Tələbə Liqasının 2025/2026 mövsümünə 1 noyabr 2025-ci il tarixində start verilib və liqada 14 ali təhsil müəssisəsi mübarizə aparıb.
Liqanın keçirilməsində məqsəd ali təhsil müəssisələrinin tələbələri arasında futzal idman növünün təbliğ edilməsi, onlar arasında perspektivli idmançıların aşkar edilməsi, bu idman növünə marağın artırılması, tələbələrdən ibarət futzal üzrə yığma komandanın formalaşdırılmasından ibarət olub.
06.06.2026 - 13:00
Digər xəbərlər
-
Dövlət dəstəyi ilə seçilmiş özəl bağçalarda tədrisə başlanılıb
01.10.2026 - 16:35 -
Türkiyənin Ali Təhsil Şurasının sədri Türkiyə–Azərbaycan Universitetini ziyarət edib
01.10.2026 - 10:18 -
Müdafiə sənayesi üzrə ali təhsil, kadr hazırlığı, elmi-tədqiqat və texnologiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb
30.09.2026 - 21:18 -
Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçiriləcək
29.09.2026 - 15:47 -
“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub
29.09.2026 - 15:11
