Milli Paralimpiya Komitəsinin prezidenti “BİR” tələbə-könüllülərlə görüşüb
Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov para cüdo idman növü üzrə beynəlxalq Qran-Pri yarışına dəstək verəcək Təhsil Nazirliyinin “Bir” tələbə-könüllüləri ilə görüşüb.
Tədbirdə İlqar Rəhimov bildirib ki, paytaxtımız ilk dəfə olaraq “Ruhun zəfəri” şüarı altında Para Cüdo idman növü üzrə beynəlxalq Qran-Pri yarışına ev sahibliyi edəcək. Qran-Pri 13-14 may 2019-cu il tarixlərində keçiriləcək.
“Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandıran bu yarışda 36 ölkədən 345 nümayəndə iştirak edəcək. Onun sözlərinə görə, para cüdo üzrə Bakı Qran-Prisi əlillərin idman yarışı olduğu üçün təşkilati işlərə fiziki məhdudiyyəti olan insanlar da cəlb olunub.
Könüllülər İnstitutu barədə məlumat verən İlqar Rəhimov keçiriləcək tədbirə verdikləri dəstəyə görə Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının hər bir üzvünə öz təşəkkürünü bildirərək, onlara uğurlar arzulayıb.
Daha sonra Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının meneceri Canoğlan İlyasov çıxış edib. O, “Bir” Tələbə-Könüllü proqramının ölkəmizdə keçirilən mötəbər tədbirlərə daim dəstək olduğunu vurğulayıb.
Bildirilib ki, “BİR” könüllülər xarici qonaqların qarşılanması, onların otellərə yerləşdirilməsi, yarışların təşkili, media və idmançıların müşayiət olunması və s. işlərdə dəstək olacaq.
Qeyd edək ki, “Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 21,000-dən çox tələbə-könüllü üzvə malikdir. Tələbələrin şəxsi inkişafı və asudə vaxtının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 400-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. “BİR” könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.
4 il əvvəl
Digər xəbərlər
-
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
24.04.2024 - 19:02 -
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55 -
“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir
24.04.2024 - 10:22 -
”Məktəblilərin respublika çempionatı”na start verilir
23.04.2024 - 18:30