Tvinninq layihəsi çərçivəsində ekspertlərin səfəri
Avropa Komissiyasının “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində növbəti ekspert missiyası ölkəmizə səfər edib.
Layihənin “Seçilmiş Milli Təhsil Proqramlarının kompetensiyalara əsaslanan yanaşmanı özündə əks etdirməsi məqsədilə yenidən hazırlanması” adlı birinci komponenti çərçivəsində ölkəmizə gələn ekspert qrupuna Litvanın Tədqiqat və Ali Təhsilin Monitorinqi və Təhlili Mərkəzinin Ali Təhsil Siyasəti və Karyera Təhlili şöbəsinin müdiri Gintautas Yakstas daxildir.
Missiyanın məqsədi magistratura səviyyəsində ixtisaslar üzrə təsnifatın işlənib hazırlanması sahəsində Avropa təcrübəsinə əsaslanan metodologiyanın təklif edilməsidir.
Missiya çərçivəsində seminarlar təşkil olunub. Seminarlar zamanı ali təhsilin bakalavriat və magistratura səviyyələrinin ixtisasları üzrə təsnifatın işlənib hazırlanması sahəsində Litva və Avropa təcrübəsi Təhsil Nazirliyinin müvafiq əməkdaşlarının diqqətinə çatdırılıb.
Eyni zamanda magistratura səviyyəsinin ixtisasları üzrə təsnifatın işlənib hazırlanması ilə bağlı təlimatların yaradılması üzərində iş aparılıb.
7 il əvvəl
Digər xəbərlər
-
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar
04.06.2026 - 17:36 -
Əlavə təhsilin “Təkrar ali və orta ixtisas təhsili” istiqaməti üzrə sənəd qəbulu başlayır
04.06.2026 - 14:08 -
Nazir müavini Firudin Qurbanov Belarus Respublikasına səfəri çərçivəsində bir sıra görüşlər keçirib
04.06.2026 - 11:00 -
“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılışı baş tutub
03.06.2026 - 15:00 -
Elm və Təhsil Nazirliyi və “Microsoft” ali təhsil müəssisələrində rəqəmsal alətlərə çıxışı genişləndirir
03.06.2026 - 12:29
