Assosiativ Məktəblər Şəbəkəsinə üzv məktəblərin toplantısı
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda YUNESKO-nun Assosiativ Məktəblər Şəbəkəsinə (ASPnet) üzv məktəblərin əlaqələndiricilərinin illik toplantısı keçirilib.
Toplantıda ASPnet-in Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Lənkəran təmsilçiləri il ərzində görülmüş işlərlə bağlı hesabat verib, iştirakçılar müvafiq portaldan (OTA) istifadəyə aid tətbiqi təlimatlarla tanış olublar. Tədbirdə həmçinin məktəblərin fəaliyyətini dünyadakı tərəfdaş məktəblərə təqdim etmək, yeni əməkdaşlıqlar qurmaq yolları barədə fikir mübadiləsi aparılıb, mövcud onlayn resurslar barədə informasiya verilib.
Qeyd edək ki, ASPnet 1953-cü ildə əsası qoyulmuş, 182 ölkədə 10 000-dən çox təhsil müəssisəsini birləşdirən qlobal şəbəkədir. ASPnet YUNESKO-nun “Hamı üçün təhsil“ məqsədini dəstəkləyir. Bu şəbəkə məktəbləri beynəlxalq anlaşma və sülhün təmin edilməsinə dəstək olmağa təşviq edir. Şəbəkə YUNESKO ideyalarına, o cümlədən XXI əsrdə öyrənmənin 4 sütünuna xüsusi diqqət yetirir: bilik öyrənmək; bacarıq öyrənmək; yaşamağı öyrənmək; birgə yaşamağı öyrənmək.
Azərbaycanın 18 təhsil müəssisəsi 2000-ci ildən bu şəbəkənin üzvüdür. “ASPnet Azərbaycan”a daxil olan təhsil müəssisələri öz regionları üzrə qabaqcıl ümumtəhsil məktəbləri, körpələr evi-uşaq bağçası, peşə təhsili, müəllimlərin davamlı peşəkar inkişafı ilə məşğul olan əlavə təhsil müəssisəsi kimi fərqli profillərə mənsubdur. Şəbəkə dayanıqlı gələcəyi formalaşdırmaq üçün hər bir insana lazım olan bilik, bacarıq, davranış və dəyərlər əldə etməyə imkan yaradan, dayanıqlı inkişafı öyrədən təhsili təmin etməyə yardımçıdır. Bu təhsil müəssisələrində il ərzində BMT-nin qlobal məqsədlərinə həsr edilmiş “Dünyanın ən böyük dərsləri” və YUNESKO-nun əlamətdar günləri ilə bağlı kampaniyalar keçirilir.
“ASPnet Azərbaycan”ın son irimiqyaslı kampaniyası 2018-ci ilin noyabr-dekabr aylarında Azərbaycan Respublikasının Prezidenti yanında YUNESKO üzrə Milli Komissiyanın dəstəyi ilə keçirilib. Həmin kampaniya çərçivəsində hər bir şəbəkə məktəbi YUNESKO-nun Assosiativ Məktəblər Şəbəkəsinə üzvlüyü əks etdirən xüsusi adlı lövhələrlə təmin edilib.
Azərbaycanda ASPnet-in işi şəbəkənin üzvü olan Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən koordinasiya edilir.
7 il əvvəl
Digər xəbərlər
-
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar
04.06.2026 - 17:36 -
Əlavə təhsilin “Təkrar ali və orta ixtisas təhsili” istiqaməti üzrə sənəd qəbulu başlayır
04.06.2026 - 14:08 -
Nazir müavini Firudin Qurbanov Belarus Respublikasına səfəri çərçivəsində bir sıra görüşlər keçirib
04.06.2026 - 11:00 -
“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılışı baş tutub
03.06.2026 - 15:00 -
Elm və Təhsil Nazirliyi və “Microsoft” ali təhsil müəssisələrində rəqəmsal alətlərə çıxışı genişləndirir
03.06.2026 - 12:29
