Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Beynəlxalq İnformatika Olimpiadasına hazırlıq aparılır

4-11 avqust 2019-cu il tarixlərində Bakı şəhərində 30-cu Beynəlxalq İnformatika Olimpiadası (İOİ-2019) keçiriləcək. Olimpiadaya hazırlıq işləri çərçivəsində ADA Universitetində müxtəlif tədbir və görüşlər təşkil edilir.

Proqram çərçivəsində Beynəlxalq İnformatika Olimpiadasının ölkəmizdən olan medalçıları ilə görüş keçirilib. İlk görüş 1996-cı ildə Macarıstanda keçirilən 8-ci Beynəlxalq İnformatika Olimpiadasının bürünc medalçısı Elnur Seyidli ilə olub.  Görüşdə bilik yarışına hazırlıq prosesinin təşkili, milli komandanın burada iştirakı və digər məsələlər müzakirə olunub.

Xatırladaq ki, Elnur Seyidli Bakı şəhəri 20 nömrəli məktəb-liseyin məzunudur.


7 il əvvəl