Respublika çempionatının zona yarışları davam edir
Məktəblər arasında respublika çempionatının proqramına uyğun olaraq atletika idman növü üzrə Şirvan Olimpiya İdman Kompleksində sonuncu zona yarışı keçirilib. Hacıqabul, Şirvan, Sabirabad, Saatlı, Kürdəmir, Ucar, İmişli, Zərdab, Füzuli, Xocavənd rayonlarının məktəb komandalarının mübarizə apardığı yarışlarda I yerə Ucar rayonu Heydər Əliyev adına Qazıqumlaq kənd 2 nömrəli, II yerə Şirvan şəhəri 9 nömrəli, III yerə isə Zərdab rayonu 3 nömrəli tam orta məktəblərin komandaları layiq görülüb.
Quba rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbində keçirilən şahmat idman növü üzrə zona yarışına yekun vurulub. Sumqayıt şəhərinin, Xaçmaz, Quba, Qusar, Şabran, Xızı, Qobustan, Abşeron, Qubadlı rayonlarının məktəb komandalarının qatıldığı yarışların nəticəsi olaraq I yeri Sumqayıt şəhəri Texniki və Təbiət Elmləri Liseyinin, II yeri Abşeron rayonu Saray qəsəbə 2 nömrəli, III yeri Quba rayonu 3 nömrəli tam orta məktəblərin komandaları tutub.
Qaliblər diplomlarla təltif olunub.
Çempionatın əsasnaməsinə uyğun olaraq zona yarışlarında I və II yeri tutan məktəb komandaları final mərhələsinə vəsiqə qazanıb.
Məktəblər arasında respublika çempionatı 26 sentyabr 2018-ci il tarixində Təhsil, Gənclər və İdman Nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən imzalanmış birgə əmrə əsasən keçirilir.
7 il əvvəl
Digər xəbərlər
-
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar
04.06.2026 - 17:36 -
Əlavə təhsilin “Təkrar ali və orta ixtisas təhsili” istiqaməti üzrə sənəd qəbulu başlayır
04.06.2026 - 14:08 -
Nazir müavini Firudin Qurbanov Belarus Respublikasına səfəri çərçivəsində bir sıra görüşlər keçirib
04.06.2026 - 11:00 -
“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılışı baş tutub
03.06.2026 - 15:00 -
Elm və Təhsil Nazirliyi və “Microsoft” ali təhsil müəssisələrində rəqəmsal alətlərə çıxışı genişləndirir
03.06.2026 - 12:29
