“Mən öz gələcəyimi seçirəm” seminarlarına yekun vurulub
“Mən öz gələcəyimi seçirəm” mövzusunda maarifləndirici seminarlara yekun vurulub.
Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfrans çərçivəsində təşkil edilən seminarlarda təhsil işçiləri, tələbə və məktəblilər, aidiyyəti üzrə qurumların ekspert və nümayəndələri iştirak edib.
ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsinin San-Dieqoda fəaliyyət göstərən əməkdaşı, İDEC Konfransının “Tələbatın Azaldılması Təhsil Proqramı”nın təşkilatçısı Rokuelle Herron seminarlarda narkotiklərin insan orqanizmi, sağlamlığı və mənəviyyatına vurduğu zərərlər, narkomaniyaya qarşı mübarizə yolları, həyata keçirilən profilaktik tədbirlər mövzusunda çıxış edib, iştirakçıların suallarını cavablandırıb.
Seminarlarda mövzu ilə əlaqədar videofilm nümayiş etdirilib.
Qeyd edək ki, Bakı Dövlət Univeristetində, 20 nömrəli məktəb-liseydə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında və Azərbaycan Texniki Universitetində keçirilən seminarlara 2000-ə yaxın tələbə və məktəbli cəlb olunub.
7 il əvvəl
Digər xəbərlər
-
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar
04.06.2026 - 17:36 -
Əlavə təhsilin “Təkrar ali və orta ixtisas təhsili” istiqaməti üzrə sənəd qəbulu başlayır
04.06.2026 - 14:08 -
Nazir müavini Firudin Qurbanov Belarus Respublikasına səfəri çərçivəsində bir sıra görüşlər keçirib
04.06.2026 - 11:00 -
“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılışı baş tutub
03.06.2026 - 15:00 -
Elm və Təhsil Nazirliyi və “Microsoft” ali təhsil müəssisələrində rəqəmsal alətlərə çıxışı genişləndirir
03.06.2026 - 12:29
