Respublika çempionatının zona yarışları
Məktəblər arasında respublika çempionatının proqramına uyğun olaraq İsmayılı Olimpiya İdman Kompleksində atletika idman növü üzrə zona yarışı keçirilib. Balakən, Zaqatala, Qax, Şəki, Qəbələ, Oğuz, İsmayıllı, Şamaxı, Göyçay, Ağdaş, Ağsu rayonlarının məktəb komandalarının mübarizə apardığı yarışda I yeri Balakən rayonu Şərif kənd, II yeri Qəbələ rayonu Vəndam qəsəbə 1 saylı, III yeri İsmayıllı rayonu Hacıhətəmli kənd tam orta məktəblərin komandaları tutub.
Qaliblər diplomlarla təltif olunub.
Çempionatın əsasnaməsinə uyğun olaraq zona yarışında I və II yeri tutan məktəb komandaları final mərhələsinə vəsiqə qazanıb.
Daha bir zona yarışına şahmat idman növü üzrə Quba rayonu Uşaq-Gənclər İdman-Şahmat Məktəbində start verilib Yarışda Sumqayıt şəhərinin, Xaçmaz, Quba, Qusar, Şabran, Xızı, Qobustan, Abşeron, Qubadlı rayonlarının məktəb komandaları iştirak edir.
Məktəblər arasında respublika çempionatı 26 sentyabr 2018-ci il tarixində Təhsil, Gənclər və İdman Nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən imzalanmış birgə əmrə əsasən keçirilir.
7 il əvvəl
Digər xəbərlər
-
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar
04.06.2026 - 17:36 -
Əlavə təhsilin “Təkrar ali və orta ixtisas təhsili” istiqaməti üzrə sənəd qəbulu başlayır
04.06.2026 - 14:08 -
Nazir müavini Firudin Qurbanov Belarus Respublikasına səfəri çərçivəsində bir sıra görüşlər keçirib
04.06.2026 - 11:00 -
“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılışı baş tutub
03.06.2026 - 15:00 -
Elm və Təhsil Nazirliyi və “Microsoft” ali təhsil müəssisələrində rəqəmsal alətlərə çıxışı genişləndirir
03.06.2026 - 12:29
