“Sağlam nəslin formalaşmasında məktəb-ailə əməkdaşlığı”
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Ümumdünya Sağlamlıq Gününə həsr olunmuş “Sağlam nəslin formalaşmasında məktəb-ailə əməkdaşlığı” mövzusunda tədbir keçirilib.
“Sağlam təhsil-sağlam millət” layihəsinin və ADPU-nun əməkdaşlığı çərçivəsində təşkil olunan tədbir ailədə uşaqlarla münasibətlərin düzgün qurulması, onların fiziki və pisixi sağlamlığına qayğı, təhsil müddətində sosial adaptasiyasına nəzarət, çətin məqamlarda mütəxəssis dəstəyindən yararlanmaqla bağlı maarifləndirmə məqsədi daşıyıb.
ADPU-nun SABAH qrupları mərkəzinin rəhbəri Lalə Mürsəlbəyova mövzunun aktuallığını diqqətə çatdıraraq tədris müddətində gələcəyin pedaqoqları ilə sözügedən istiqamətdə araşdırma aparılmasının vacibliyindən, bu təbliğatın ailə, cəmiyyət dəyərlərinin möhkəmləndirilməsinə əhəmiyyətli təsirindən danışıb.
Daha sonra Azərbaycan Tibb Universitetinin (ATU) “Uşaq və yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının müdiri Şəhla Babayeva, Bakı Dövlət Universitetinin (BDU) psixologiya kafedrasının müəllimi Aynur Bünyatova, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının müəllimi Nigar Şahhüseynbəyova təqdimatlarla çıxış ediblər.
Sonda tələbə və valideynlərin sualları cavablandırılıb.
7 il əvvəl
Digər xəbərlər
-
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar
04.06.2026 - 17:36 -
Əlavə təhsilin “Təkrar ali və orta ixtisas təhsili” istiqaməti üzrə sənəd qəbulu başlayır
04.06.2026 - 14:08 -
Nazir müavini Firudin Qurbanov Belarus Respublikasına səfəri çərçivəsində bir sıra görüşlər keçirib
04.06.2026 - 11:00 -
“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılışı baş tutub
03.06.2026 - 15:00 -
Elm və Təhsil Nazirliyi və “Microsoft” ali təhsil müəssisələrində rəqəmsal alətlərə çıxışı genişləndirir
03.06.2026 - 12:29
