“Oxu günü” tədbiri keçiriləcək
Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə “Oxu günü” tədbiri keçiriləcək.
“Oxu günü” uşaq, yeniyetmə və gənclər arasında mütaliə mədəniyyəti və oxu vərdişlərinin inkişafı məqsədilə təşkil olunur. Aprel ayı ərzində keçiriləcək belə tədbirlər respublikanın ümumi təhsil müəssisələrinin iştirakı ilə baş tutacaq.
Tədbirlərdə ümumtəhsil məktəblərinin şagirdləri təqdimatlarla çıxış edəcəklər.
“Oxu günü”ndə həmçinin məktəblilərin iştirakı ilə ayrı-ayrı əsərlərin müzakirələri aparılacaq, pantomim tamaşa, kitabların fərdlər üzərində əhəmiyyətini vurğulayan səhnəciklər və digər təqdimatlar göstəriləcək. Təqdimatlarda gənc nəslin dünyagörüşünün formalaşmasında, onların bədii təxəyyülünün inkişafında, mütaliə mədəniyyətinin artırılmasında və hərtərəfli inkişaf etmiş bir vətəndaş kimi yetişməsində müstəsna əhəmiyyəti olan kitabın rolu nümayiş ediləcək.
Artıq bir neçə ildir ki, hər il aprel ayı ərzində respublikanın rayon və şəhərlərinin ümumi təhsil müəssisələrində belə tədbirlər təşkil edilir.
7 il əvvəl
Digər xəbərlər
-
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar
04.06.2026 - 17:36 -
Əlavə təhsilin “Təkrar ali və orta ixtisas təhsili” istiqaməti üzrə sənəd qəbulu başlayır
04.06.2026 - 14:08 -
Nazir müavini Firudin Qurbanov Belarus Respublikasına səfəri çərçivəsində bir sıra görüşlər keçirib
04.06.2026 - 11:00 -
“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılışı baş tutub
03.06.2026 - 15:00 -
Elm və Təhsil Nazirliyi və “Microsoft” ali təhsil müəssisələrində rəqəmsal alətlərə çıxışı genişləndirir
03.06.2026 - 12:29
