Respublika çempionatının zona mərhələsi
Məktəblər arasında keçirilən respublika çempionatının proqramına uyğun olaraq atletika idman növü üzrə zona yarışı keçirilib.
Respublika Olimpiya Mərkəzində keçirilən yarışda Şuşa, Zəngilan rayonları və Bakı şəhərinin 12 rayonunun məktəb komandaları mübarizə aparıb.
Yarışların nəticəsi olaraq I yeri Bakı şəhəri 251 nömrəli tam orta məktəbin, II yeri Bakı şəhəri S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının, III yeri Bakı şəhəri 269 nömrəli tam orta məktəbin komandası tutub. Qaliblərə diplomlar təqdim olunub.
Daha bir zona yarışı şahmat idman növü üzrə Salyan rayon Uşaq-Gənclər İdman Şahmat Məktəbində start götürüb. Yarışda Astara, Lənkəran, Masallı, Yardımlı, Lerik, Cəlilabad, Biləsuvar, Salyan, Neftçala, Cəbrayıl rayonlarının məktəb komandaları
mübarizə aparır. Beş gün davam edəcək yarışlara 6 aprel 2019-cu il tarixində yekun vurulacaq.
Çempionatın əsasnaməsinə uyğun olaraq zona yarışlarında I və II yeri tutan məktəb komandaları final mərhələsinə vəsiqə qazanır. Yarışların açılış mərasimində tərəfdaş qurumların, idman ictimayyətinin nümayəndələri iştirak edib.
Qeyd edək ki, məktəblər arasında respublika çempionatı 26 sentyabr 2018-ci il tarixində Təhsil, Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən imzalanmış birgə əmrə əsasən keçirilir.
7 il əvvəl
Digər xəbərlər
-
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar
04.06.2026 - 17:36 -
Əlavə təhsilin “Təkrar ali və orta ixtisas təhsili” istiqaməti üzrə sənəd qəbulu başlayır
04.06.2026 - 14:08 -
Nazir müavini Firudin Qurbanov Belarus Respublikasına səfəri çərçivəsində bir sıra görüşlər keçirib
04.06.2026 - 11:00 -
“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılışı baş tutub
03.06.2026 - 15:00 -
Elm və Təhsil Nazirliyi və “Microsoft” ali təhsil müəssisələrində rəqəmsal alətlərə çıxışı genişləndirir
03.06.2026 - 12:29
