“Sabahın alimləri”nə nüfuzlu təşkilatların sertifikatları verilib
Martın 28-də Təhsil Nazirliyində “Sabahın alimləri” VIII Respublika Müsabiqəsi çərçivəsində dünyanın nüfuzlu təşkilatlarının sertifikatları təqdim edilib.
Tədbirdə çıxış edən Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Yaqub Piriyev son illər təhsil sahəsində həyata keçirilən islahatlar, istedadlı şagirdlərlə bağlı layihələr barədə ətraflı məlumat verib. Bildirib ki, müsabiqənin cari ilin fevral ayında keçirilən final mərhələsində 14 şəhər və rayonun ümumtəhsil məktəblərində təhsil alan 369 şagird 225 layihə ilə müraciət edib.
Ümumilikdə müsabiqənin final mərhələsində indiyədək 1187 şagird iştirak edib, onlardan 529 nəfəri müsabiqənin müxtəlif mükafatlarına layiq görülüb. Müsabiqənin qalibləri sırasından seçilən ən yaxşı layihələrin müəllifləri Amerika Birləşmiş Ştatlarında keçirilən, hər il dünyanın 75 ölkəsindən olan 1800-dən çox şagirdin iştirak etdiyi İntel İSEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisinə göndərilir.
Tədbirdə 24 şagirdin yerinə yetirdiyi 18 layihəyə “İntel”in Mükəmməllik Mükafatı, Amerika Metrologiya Assosiasiyası, Vitro-biologiya Cəmiyyəti, RİCOH şirkəti, Qadın Geoalimlər Assosiasiyası, Amerika Psixologiya Assosiasiyası və Mü Alfa Teta Riyaziyyat Cəmiyyətinin sertifikatları təqdim edilib.
Qeyd edək ki, mükafatlandırılanlar arasında Bakı, Sumqayıt şəhərləri, Lənkəran, Ucar, Cəlilabad, İsmayıllı və Balakən rayonlarının ümumi təhsil məktəblərinin şagirdləri var.
7 il əvvəl
Digər xəbərlər
-
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar
04.06.2026 - 17:36 -
Əlavə təhsilin “Təkrar ali və orta ixtisas təhsili” istiqaməti üzrə sənəd qəbulu başlayır
04.06.2026 - 14:08 -
Nazir müavini Firudin Qurbanov Belarus Respublikasına səfəri çərçivəsində bir sıra görüşlər keçirib
04.06.2026 - 11:00 -
“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılışı baş tutub
03.06.2026 - 15:00 -
Elm və Təhsil Nazirliyi və “Microsoft” ali təhsil müəssisələrində rəqəmsal alətlərə çıxışı genişləndirir
03.06.2026 - 12:29
