Beynəlxalq olimpiadalara hazırlıq düşərgələri təşkil edilib
Məktəblilərimizin beynəlxalq olimpiadalara hazırlığı çərçivəsində "Novruz" düşərgələri təşkil edilib. Belə ki, 17-24 mart tarixlərində şagirdlərin Beynəlxaq İnformatika Olimpiadasına hazırlıq səviyyələrinin artırılması məqsədi ilə Rumıniyadan gənc mütəxəssis dəvət olunub. Beynəlxalq İnformatika Olimpiadasının iki dəfə gümüş medalçısı olan rumıniyalı mütəxəssisin tədris etdiyi dərslər şagirdlərin müvafiq bilik yarışması üzrə hazırlığında müsbət rol oynayıb.
19-26 mart tarixlərində isə riyaziyyat fənni üzrə həm aşağı, həm də yuxarı yaş qrupu üzrə şagirdlərin bilik və bacarıqlarının artırılması, beynəlxalq təcrübənin öyrənilməsi məqsədi ilə İran İslam Respublikasından dəvət edilmiş mütəxəssislər tərəfindən dərslər təşkil edilib.
Beynəlxalq olimpiadalara hazırlıq çərçivəsində cari ilin iyul-avqust aylarında belə düşərgələrin bir neçə dəfə təşkili planlaşdırılır.
Beynəlxalq olimpiadalara hazırlıq düşərgəsi "Azercell Telekom"un Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyi ilə təşkil edilib.
7 il əvvəl
Digər xəbərlər
-
Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramı məzunları ilə görüşüb
06.06.2026 - 11:00 -
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar
04.06.2026 - 17:36 -
Əlavə təhsilin “Təkrar ali və orta ixtisas təhsili” istiqaməti üzrə sənəd qəbulu başlayır
04.06.2026 - 14:08 -
Nazir müavini Firudin Qurbanov Belarus Respublikasına səfəri çərçivəsində bir sıra görüşlər keçirib
04.06.2026 - 11:00 -
“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılışı baş tutub
03.06.2026 - 15:00
