Məktəblilərin Respublika Yaradıcılıq Festivalı çərçivəsində zona mərhələsi
Təhsil, Mədəniyyət, Ekologiya və Təbii Sərvətlər nazirlikləri tərəfindən təşkil olunan Məktəblilərin Respublika Yaradıcılıq Festivalı çərçivəsində dram, təsviri və dekorativ-tətbiqi sənət üzrə respublika müsabiqəsinin zona mərhələsinə yekun vurulub.
7 zona (Bakı, Gəncə, Lənkəran şəhərləri, Quba, Şamaxı, Şəki, Salyan rayonları) üzrə keçirilən yarışda ümümilikdə respublikanın 50 rayonundan məktəblilər iştirak edib.
Hər iki nominasiya üzrə I,II,III yeri tutan 214 iş münsiflər heyəti tərəfindən qiymətləndirilib və respublika mərhələsi üçün 42 iş seçilib.
Məktəblilərin Respublika Yaradıcılıq Festivalı çərçivəsində “Ekoloji yönümlü və enerji effektli məktəb” müsabiqəsinin zona mərhələsi cari ilin may ayında, yekun tədbir isə iyunun 7-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.
Festivalda respublikanın 597 ümumtəhsil məktəbindən 4769 nəfər məktəbli iştirak edir.
Respublikanın bütün ümumi təhsil müəssisələrinin qatıldığı festivalın məqsədi məktəblilərdə yeni növ texnologiyalardan istifadə edərək yaradıcı təfəkkür və açıq düşüncə tərzinin formalaşdırılması, onlara ixtisas və peşə seçimi imkanlarını təmin edən müvafiq bacarıqların verilməsi, ümumtəhsil məktəblərinin fəaliyyətlərinin qiymətləndirilməsindən ibarətdir.
7 il əvvəl
Digər xəbərlər
-
Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramı məzunları ilə görüşüb
06.06.2026 - 11:00 -
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar
04.06.2026 - 17:36 -
Əlavə təhsilin “Təkrar ali və orta ixtisas təhsili” istiqaməti üzrə sənəd qəbulu başlayır
04.06.2026 - 14:08 -
Nazir müavini Firudin Qurbanov Belarus Respublikasına səfəri çərçivəsində bir sıra görüşlər keçirib
04.06.2026 - 11:00 -
“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılışı baş tutub
03.06.2026 - 15:00
