6 nömrəli məktəb-liseyə mediatur
Martın 16-da "Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində Bakının 12 məktəbində və Gəncə şəhər M.Mehdizadə adına 4 nömrəli tam orta məktəbdə proqramlaşdırma dünyasında genişmiqyaslı tədbir olan "Kod saatı"nın birinci mərhələsi keçirilib.
Tədbir çərçivəsində 6 nömrəli məktəb-liseyə mediatur təşkil olunub. Mediaturda iştirak edən KİV nümayəndələri dərslərin təşkilini izləyiblər. Onlara "Rəqəmsal bacarıqlar" layihəsi barədə ətraflı məlumat verilib.
Qeyd edilib ki, Təhsil Nazirliyinin və "Alqoritmika" beynəlxalq təhsil şirkətinin təşkilati dəstəyi ilə keçirilən tədbirdə 8-14 yaşlı məktəblilər iştirak edirlər.
"Kod saatı" çərçivəsində iştirakçılar bir saat müddətində, oyun formatında, "Scratch" mühitində məsələləri həll etmək imkanı əldə edirlər. "Scratch" – uşaq və yeniyetmələr üçün xüsusi yaradılmış vizual proqramlaşdırma mühitidir.
“Kod saatı”nın ikinci mərhələsi martın 23-də onlayn-rejimdə təşkil olunacaq. İkinci mərhələdə ölkə üzrə məktəblilər iştirak edə biləcəklər.
Qeyd edək ki, "Kod saatı" təşəbbüsü 2013-cü ildə Hadi və Əli Partovi qardaşları tərəfindən tətbiqinə başlanılan və insanlara proqramlaşdırmanı öyrətmək məqsədi daşıyan qlobal hərəkatdır. Layihənin ideya müəllifləri bütün sahələrdə hesablama tapşırıqlarını yerinə yetirmək qabiliyyətinə malik mütəxəssislərə çox böyük ehtiyac olduğunu deyərək insanlara proqram kodunu yazmağı öyrənmək üçün bir saat vaxt ayırmağı təklif ediblər. Bir çox ölkələr bu təşəbbüsə qoşulub. Hazırda "Kod saatı" dünyanın 180-dən çox ölkəsində yüz milyonlarla tələbə və şagirdi əhatə edir.
"Kod saatı" hərəkatının əsas məqsədi proqramçı peşəsini məktəblilər arasında populyarlaşdırmaq, şagirdlərin və onların valideynlərinin diqqətini informasiya texnologiyaları ilə bağlı peşələrə cəlb etmək, həmçinin proqramlaşdırmanın çətinliyi haqqında mifləri dağıtmaqdır.
7 il əvvəl
Digər xəbərlər
-
Azərbaycan Tələbə Liqasının 2025/2026 mövsümünün bağlanış mərasimi keçirilib
06.06.2026 - 13:00 -
Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramı məzunları ilə görüşüb
06.06.2026 - 11:00 -
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar
04.06.2026 - 17:36 -
Əlavə təhsilin “Təkrar ali və orta ixtisas təhsili” istiqaməti üzrə sənəd qəbulu başlayır
04.06.2026 - 14:08 -
Nazir müavini Firudin Qurbanov Belarus Respublikasına səfəri çərçivəsində bir sıra görüşlər keçirib
04.06.2026 - 11:00
