• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Beynəlxalq əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində “British Council” təşkilatının Azərbaycan üzrə direktoru Samr Şahın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə ölkədə peşə təhsilinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə geniş məlumat verilib, “British Council” təşkilatı ilə birgə icra olunan “Turizm-xidmət sahəsi üzrə kadrların hazırlanması və iş yerində təcrübə proqramı” layihəsi çərçivəsində görülən işlərə  dair müzakirələr aparılıb.

Görüş zamanı ölkəmizdə fəaliyyət göstərən peşə təhsili müəssisələrinin nümayəndələrinin cari ilin 26 yanvar - 10 fevral tarixlərində Böyük Britaniyada “Bacarıqların inkişafı” mövzusunda keçirilmiş təlimdə iştirakının təmin olunması və bu istiqamətdə işlərin gələcəkdə davam etdirilməsinin peşə təhsili sahəsində mühüm önəm kəsb etdiyi vurğulanıb.

“British Council” təşkilatının Azərbaycan üzrə direktoru Samr Şah peşə təhsilinin inkişafı istiqamətində birgə layihələrin əhəmiyyətini və davamlılığının vacibliyini  vurğulayıb. Samr Şah hər iki ölkənin peşə təhsili müəssisələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin və bu istiqamətdə artıq Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Böyük Britaniyanın “Westminister Kingsway” Kolleci arasında niyyət protokolunun imzalanmasının bu sahədə atılan mühüm addımlardan biri olduğunu diqqətə çatdırıb.

Görüşdə gələcək əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, peşə təhsili ürzə pilot “Karyera Mərkəzi”nin yaradılmasına dair  ilkin razılıq əldə edilib.

Daha sonra Böyük Britaniyada “Bacarıqların inkişafı” mövzusunda təşkil olunmuş təlimdə iştirak edən nümayəndə heyəti tərəfindən peşə təhsili sahəsində Böyük Britaniya təcrübəsinə dair təqdimatlar edilib.


6 il əvvəl