Müəllimlərin işə qəbulu ilə bağlı suallar və onların cavabları
İyunun 4-də Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu prosesinə başlanılıb. Namizədlər 11 iyun saat 23:59-dək miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Müsabiqədə ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi (diplom) almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər. Eyni zamanda, müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrində pedaqoji ixtisaslar üzrə təhsil alan sonuncu kurs tələbələri iştirak edə bilərlər. Bunun üçün namizədlər elektron ərizələrində “Təhsil haqqında sənədin nümunəsi” bölməsinə “Arayış” sözünü yazmaqla qeydiyyatdan keçə bilərlər. Müsabiqənin növbəti mərhələlərində həmin namizədlərdən müvafiq təhsil haqqında sənəd tələb olunacaq.
Qeyd edək ki, test imtahanı mərhələsində iştirak edəcək şəxslərdən COVID-19 peyvəndi ilə bağlı sənəd tələb olunmayacaq. Müsabiqənin növbəti mərhələlərində sözügedən sənəd tələb olunacağı təqdirdə namizədlərə əvvəlcədən məlumat veriləcək.
Müsabiqə ilə bağlı daha ətraflı məlumatı aşağıda təqdim edilən sual-cavab faylından əldə edə bilərsiniz.
Müəllimlərin işə qəbulu ilə bağlı ən çox verilən suallar və onların cavabları
3 il əvvəl
Digər xəbərlər
-
“Danışır təcrübə” layihəsinin qonağı Həsən Həsənov olub
13.05.2025 - 17:00 -
"Ən yaxşı təqdimat" müsabiqəsinin qalibləri mükafatlandırılıblar
13.05.2025 - 14:50 -
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılıb
13.05.2025 - 11:30 -
Elm və təhsil naziri Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
12.05.2025 - 17:55 -
Prezident Kəngərli kənd körpələr evi-uşaq bağçasının açılışında iştirak edib
10.05.2025 - 12:10