“Danışır təcrübə” layihəsinin qonağı Həsən Həsənov olub
Elm və Təhsil Nazirliyi və tabe qurumların əməkdaşlarının davamlı inkişafının təmin olunması, liderlik və idarəetmə bacarıqlarının artırılması, müasir çağırışlara hazır olan kadrların yetişdirilməsi məqsədilə həyata keçirilən “Danışır təcrübə” layihəsi davam edir.
Layihənin budəfəki qonağı Azərbaycanın siyasi və dövlət xadimi, diplomat və tarixçi Həsən Həsənov olub.
Uzun illər ulu öndər Heydər Əliyevlə birgə çalışmış Həsən Həsənov “Ümummilli lider Heydər Əliyevin böyük siyasət yolu xatirələrdə” mövzusunda çıxış edib, ulu öndər haqqında maraqlı xatirələrindən danışıb.
Görüş iştirakçıları ümummilli liderin hakimiyyəti illərində təhsilin inkişafı ilə əlaqədar verilən mühüm qərarlarla maraqlanıb, həyata keçirilən tədbirlər ətrafında müzakirə aparıblar.
Nazirlik və tabe qurumların əməkdaşları 1992-ci ildən xarici siyasət və diplomatiya sahəsində fəaliyyət göstərmiş Həsən Həsənovun iş və idarəetmə təcrübəsi ilə tanış olmaq imkanı da əldə edib, dövlət qulluqçuları olaraq onlar üçün Həsən Həsənovun təcrübəsinin çox faydalı olduğunu vurğulayıblar.
Sonda görüş iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.
1 il əvvəl
Digər xəbərlər
-
Emin Əmrullayev Şimali İrlandiyanın Belfast Kraliça Universitetində olub
21.05.2026 - 17:44 -
“Zəkaların mübarizəsi II” olimpiadasının final mərhələsi keçirilib
21.05.2026 - 15:00 -
Şagird yerdəyişməsi müvəqqəti dayandırılır
20.05.2026 - 17:05 -
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi keçirilir
20.05.2026 - 15:16 -
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə vakansiya seçiminə başlanılır
20.05.2026 - 15:02
