Nazir müavini Məhəbbət Vəliyeva Astarada
Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva cənub bölgəsinə səfəri çərçivəsində Astarada olub. Nazir müavini rayonun Qapıçıməhəllə kənd ümumi orta, Təngərüd tam orta və Astara şəhər 1 nömrəli tam orta məktəblərinə baş çəkib.
Qapıçıməhəllə kənd ümumi orta məktəbində əlavə məşğələlərdə iştirak edən Məhəbbət Vəliyeva bu kimi məşğələlərin əhəmiyyətindən söz açıb. Nazir müavini baş çəkdiyi məktəblərin pedaqoji kollektivləri ilə görüşüb, təhsil işçilərinin peşəkarlıq səviyyəsinin artırılmasının vacibliyinə toxunub.
Astara şəhər 1 nömrəli tam orta məktəbdə rayonun ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüşən nazir müavini məktəblərin fəaliyyətinin mövcud tələblərə uyğun şəkildə yaxşılaşdırılmasına dair tapşırıq və tövsiyələrini verib. Bu istiqamətdə məktəb rəhbərlərinin üzərinə mühüm vəzifələr düşdüyünü diqqətə çatdırıb. Hər bir müəllimin daim axtarışda olmasının, işlərini günün tələblərinə uyğun qurmasının vacibliyini qeyd edib.
Məktəblərdə metodiki işin təşkili, qiymətləndirmə məsələlərinə toxunan Məhəbbət Vəliyeva təhsil işçilərinə uğurlar arzulayıb.
7 il əvvəl
Digər xəbərlər
-
Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramı məzunları ilə görüşüb
06.06.2026 - 11:00 -
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar
04.06.2026 - 17:36 -
Əlavə təhsilin “Təkrar ali və orta ixtisas təhsili” istiqaməti üzrə sənəd qəbulu başlayır
04.06.2026 - 14:08 -
Nazir müavini Firudin Qurbanov Belarus Respublikasına səfəri çərçivəsində bir sıra görüşlər keçirib
04.06.2026 - 11:00 -
“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılışı baş tutub
03.06.2026 - 15:00
