İsraildə STEM təhsili ilə bağlı təlim kursu
Azərbaycandan olan 50 təhsil mütəxəssisi İsraildə dörd həftəlik STEM (Science, Technology, Engineering and Mathematics) və digər innovativ təhsil proqramlarının (robotexnika, kibernetika, nanotexnologiyalar və s.) tədrisi ilə bağlı təlimdə iştirak edirlər.
Səfər çərçivəsində STEM təhsili ilə bağlı proqramın Azərbaycan kurikulumlarına uyğunlaşdırılması, bu məzmunun Azərbaycandan olan mütəxəssislərə çatdırılması və məktəblərdə tətbiqi zamanı İsraildən olan mütəxəssislər tərəfindən müəllimlərə metodik dəstəyin göstərilməsi üzrə təlimlər keçiriləcək.
Təlim kursunda Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə tabe məktəblərdən, Bakı Mühəndislik Universitetindən və bir sıra rayonlardan müəllimlər iştirak edirlər.
Təlim kursu martın 31-dək davam edəcək.
7 il əvvəl
Digər xəbərlər
-
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar
04.06.2026 - 17:36 -
Əlavə təhsilin “Təkrar ali və orta ixtisas təhsili” istiqaməti üzrə sənəd qəbulu başlayır
04.06.2026 - 14:08 -
Nazir müavini Firudin Qurbanov Belarus Respublikasına səfəri çərçivəsində bir sıra görüşlər keçirib
04.06.2026 - 11:00 -
“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılışı baş tutub
03.06.2026 - 15:00 -
Elm və Təhsil Nazirliyi və “Microsoft” ali təhsil müəssisələrində rəqəmsal alətlərə çıxışı genişləndirir
03.06.2026 - 12:29
