Məktəblilərimiz Beynəlxalq Qış Kompüter Məktəbində
Azərbaycan məktəbliləri Rusiya Federasiyasının Moskva şəhərində keçirilən Beynəlxalq Qış Kompüter Məktəbində iştirak edirlər.
4-11 avqust 2019-cu il tarixlərində Bakıda keçiriləcək 31-ci Beynəlxalq İnformatika Olimpiadasına hazırlıq çərçivəsində baş tutan səfərdə ölkəmizi 1 rəhbər və 6 şagird təmsil edir. Məktəblilərimiz dünya ölkələrindən gələn həmyaşıdları ilə birgə beynəlxalq mütəxəssislərin dərslərini dinləyir və müxtəlif yarışlarda iştirak edirlər.
İnformatika fənni üzrə azərbaycanlı şagirdlərin beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telecom”un Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ilə birgə həyata keçirilir.
Beynəlxalq Qış Kompüter Məktəbi martın 6-dək davam edəcək.
7 il əvvəl
Digər xəbərlər
-
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar
04.06.2026 - 17:36 -
Əlavə təhsilin “Təkrar ali və orta ixtisas təhsili” istiqaməti üzrə sənəd qəbulu başlayır
04.06.2026 - 14:08 -
Nazir müavini Firudin Qurbanov Belarus Respublikasına səfəri çərçivəsində bir sıra görüşlər keçirib
04.06.2026 - 11:00 -
“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılışı baş tutub
03.06.2026 - 15:00 -
Elm və Təhsil Nazirliyi və “Microsoft” ali təhsil müəssisələrində rəqəmsal alətlərə çıxışı genişləndirir
03.06.2026 - 12:29
