Tvinninq layihəsi çərçivəsində avropalı ekspertin səfəri
Avropa Komissiyasının “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində növbəti ekspert missiyası ölkəmizə səfər edib.
Layihənin “Seçilmiş milli təhsil proqramlarının kompetensiyalara əsaslanan yanaşmanı özündə əks etdirməsi məqsədi ilə yenidən hazırlanması” adlı birinci komponenti çərçivəsində ölkəmizə gələn ekspert missiyasına Latviyanın Riga Stradiņš Universitetinin Tədris məsələləri üzrə prorektoru Tatyana Koke daxildir.
Missiyanın məqsədi prioritet ixtisaslar üzrə ali təhsil proqramlarının ötən missiyalar zamanı hazırlanmış yeni formatının nəzərdən keçirilməsi, təkmilləşdirilməsi və pilot ali təhsil müəssisələrində səriştə əsaslı, tələbə yönümlü təhsil proqramlarının işlənməsi sahəsində potensialın artırılmasıdır.
Missiya çərçivəsində sözügedən təhsil proqramlarının yeni formatının təkmilləşdirilməsi istiqamətində iş aparılıb. Bundan başqa, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dövlət Texniki Universitetində professor-müəllim heyətinin iştirakı ilə seminarlar keçirilib.
Ekspert tərəfindən Latviya ali təhsil məkanının Bolonya prosesinə qoşulması təcrübəsi, həmçinin təhsil proqramlarının səriştə əsaslı və tələbə yönümlü təlim nəticələrinin formalaşdırılması ilə bağlı təqdimatlar edilib. Hər iki təqdimat seminar iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
7 il əvvəl
Digər xəbərlər
-
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar
04.06.2026 - 17:36 -
Əlavə təhsilin “Təkrar ali və orta ixtisas təhsili” istiqaməti üzrə sənəd qəbulu başlayır
04.06.2026 - 14:08 -
Nazir müavini Firudin Qurbanov Belarus Respublikasına səfəri çərçivəsində bir sıra görüşlər keçirib
04.06.2026 - 11:00 -
“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılışı baş tutub
03.06.2026 - 15:00 -
Elm və Təhsil Nazirliyi və “Microsoft” ali təhsil müəssisələrində rəqəmsal alətlərə çıxışı genişləndirir
03.06.2026 - 12:29
