“Peşəkar ol” proqramının yekun tədbiri
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda pedaqoji ali məktəblərdə təhsil alan tələbələr üçün "Peşəkar ol" proqramına yekun vurulub. Proqramın budəfəki iştirakçıları Azərbaycan Dillər Universitetinin 36 tələbəsi olub. Gələcəyin müəllimlərinə peşəkar dəstək məqsədi daşıyan layihə 16 saatlıq proqram əsasında həyata keçirilib.
Tələbələr "Müasir təhsilin fəlsəfəsi", “Fənn kurikulumlarının xüsusiyyətləri”, “Psixo-pedaqoji yanaşma”, “Öyrətmənin və öyrənmənin xüsusiyyətləri”, “Sinfin idarəedilməsi”, “Tədrisin standartlar əsasında təşkili”, “Məktəbdaxili qiymətləndirmə”, eləcə də digər mövzularda seminar və ustad dərslərdə iştirak ediblər.
Yekun tədbirdə iştirakçılar müvafiq tapşırıqları yerinə yetirdikdən sonra onlara sertifikat və müxtəlif simvolik hədiyyələr təqdim edilib.
2017-ci ildə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun təşəbbüsü ilə başlayan bu layihədən indiyədək 70-dən artıq tələbə faydalanıb.
7 il əvvəl
Digər xəbərlər
-
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar
04.06.2026 - 17:36 -
Əlavə təhsilin “Təkrar ali və orta ixtisas təhsili” istiqaməti üzrə sənəd qəbulu başlayır
04.06.2026 - 14:08 -
Nazir müavini Firudin Qurbanov Belarus Respublikasına səfəri çərçivəsində bir sıra görüşlər keçirib
04.06.2026 - 11:00 -
“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılışı baş tutub
03.06.2026 - 15:00 -
Elm və Təhsil Nazirliyi və “Microsoft” ali təhsil müəssisələrində rəqəmsal alətlərə çıxışı genişləndirir
03.06.2026 - 12:29
