Tvinninq layihəsi çərçivəsində növbəti iclas
Təhsil Nazirliyi tərəfindən həyata keçirilən Avropa İttifaqının “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsinin İdarəetmə Komitəsinin növbəti iclası olub.
Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini Şahin Bayramov layihənin Azərbaycanın ali təhsilinə verəcək töhfəsindən danışıb və bu layihə sayəsində ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanına daha da uyğunlaşacağına öz inamını ifadə edib.
Sonra layihənin Fransadan olan rəhbəri, Fransanın Beynəlxalq Pedaqoji Araşdırmalar Mərkəzinin əməkdaşı Bruno Kurval, Litvadan olan layihə rəhbəri, Litvanın təhsil nazirinin müavini Giedrius Viliunas və Latviyadan olan rəhbəri, Latviyanın Akademik Məlumat Mərkəzinin rəhbəri Ramina Baiba çıxış edib, layihənin uğurla nəticələnməsinə əmin olduqlarını bildiriblər.
Layihənin Fransa üzrə koordinatoru Liza Baydanova ötən dövr ərzində görülən işlərlə bağlı məlumat verib, növbəti rüb üçün planlaşdırılan tədbirləri səsləndirib.
Sonda Layihə İdarəetmə Komitəsinin növbəti iclasının cari ilin may ayında keçirilməsi ilə bağlı qərar qəbul edilib.
Fransa, Litva və Latviyadan olan layihə rəhbərləri Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Pedaqoji Universitetinin rəhbərliyi ilə görüşüb və layihənin icrası ilə bağlı məsələləri müzakirə ediblər.
7 il əvvəl
Digər xəbərlər
-
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar
04.06.2026 - 17:36 -
Əlavə təhsilin “Təkrar ali və orta ixtisas təhsili” istiqaməti üzrə sənəd qəbulu başlayır
04.06.2026 - 14:08 -
Nazir müavini Firudin Qurbanov Belarus Respublikasına səfəri çərçivəsində bir sıra görüşlər keçirib
04.06.2026 - 11:00 -
“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılışı baş tutub
03.06.2026 - 15:00 -
Elm və Təhsil Nazirliyi və “Microsoft” ali təhsil müəssisələrində rəqəmsal alətlərə çıxışı genişləndirir
03.06.2026 - 12:29
