“SELFIE” pilot layihəsinin tətbiqinə başlanılır
Azərbaycanda 12 təhsil müəssisəsində beynəlxalq “SELFIE” layihəsinin pilot tətbiqinə başlanılır.
Avropa Komissiyasının Birgə Tədqiqat Mərkəzi və Avropa Təlim Fondu tərəfindən yaradılan “SELFIE” onlayn alətinin tətbiqi təhsil müəssisələrində rəqəmsal texnologiyadan istifadə ilə bağlı boşluqları görmək və daha səmərəli istifadəni təmin etmək məqsədi daşıyır.
Sözügedən alət təhsil müəssisələrində rəqəmsal texnologiyaların tədris, öyrənmə və qiymətləndirmə proseslərinə daxil edilməsinə, eyni zamanda, təhsilalanların rəqəmsal səriştəsinin inkişafına dəstək olan vasitədir. Alət təhsil müəssisələrində məktəb rəhbərləri, təhsilverənlər və təhsilalanların rəylərini toplamaq üçün sorğular tətbiq edir və sorğular müəyyən dövr ərzində müəssisənin öz rəqəmsal tərəqqisini yoxlayan mövzuları əhatə edir. Nəticədə toplanmış məlumatlar əsasında məktəbin rəqəmsal texnologiyadan istifadəsi üzrə güclü və zəif tərəflərini əks etdirən hesabatların hazırlanması mümkün olur.
Qeyd edək ki, “SELFIE” alətinin Azərbaycan dilində tətbiqi üçün tərcümə işləri aparılıb və alətin sınaqdan keçirilməsi üçün ilkin olaraq 12 təhsil müəssisəsi seçilib. Seçim ümumi və peşə təhsili pillələri üzrə regional balanslaşma, müəssisələrin infrastrukturu, müəssisədə müəllim və şagird sayı meyarları əsasında aparılıb.
3 il əvvəl
Digər xəbərlər
-
I sinif və məktəbəhazırlıq qruplarına elektron qəbul prosesi yenidən aktivləşdirilib
18.09.2024 - 12:27 -
Vətəndaş müraciətlərinin statistikası
17.09.2024 - 10:41 -
Bölgələrdə yeni tədris ilinin yenilənən məktəbləri
16.09.2024 - 18:36 -
Nazirliyin rəsmiləri paytaxt məktəblərindəki ilk dərs günündə
16.09.2024 - 17:01 -
Nazir müavini Firudin Qurbanov Xaçmazda məktəb açılışlarında
16.09.2024 - 16:30