2019-2020-ci tədris ili üçün “Böyük Çin səddi” təqaüd proqramı
YUNESKO Çin Xalq Respublikası (ÇXR) ilə birgə 2019-2020-ci tədris ili üçün “Böyük Çin səddi” təqaüd proqramını elan edib. Magistratura, doktorantura və ya ixtisasartırma (elmi tədqiqat) səviyyələri üzrə elan olunan proqramın tədris dili ingilis və çin dilləridiir. Təqaüd proqramı çərçivəsində Azərbaycan vətəndaşları üçün 2 yer ayrılıb.
Prooqrama müraciət etmək istəyən Azərbaycan vətəndaşları cari ilin martın 1-dək Təhsil Nazirliyinin elektron ərziə sistemini və www.campuschina.org/alumni/reg.html ərizə formasını doldurub təsdiq etməlidirlər.
Təqaüd proqramının müddəti 1 ildir. Namizədlər təhsillərinin növbəti illərini digər təqaüd imkanları və ya şəxsi vəsait hesabına davam etdirməlidirlər.
Təhsil haqqı, yataqxana və aylıq təqaüd (ixtisasartırma və magistratura üçün 3000 yuan, doktorantura üçün 3500 yuan) və tibbi sığorta xərcləri ÇXR tərəfindən, yol xərci, əlavə aylıq təqaüd (80 $) isə YUNESKO tərəfindən qarşılanacaq.
Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.
7 il əvvəl
Digər xəbərlər
-
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar
04.06.2026 - 17:36 -
Əlavə təhsilin “Təkrar ali və orta ixtisas təhsili” istiqaməti üzrə sənəd qəbulu başlayır
04.06.2026 - 14:08 -
Nazir müavini Firudin Qurbanov Belarus Respublikasına səfəri çərçivəsində bir sıra görüşlər keçirib
04.06.2026 - 11:00 -
“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılışı baş tutub
03.06.2026 - 15:00 -
Elm və Təhsil Nazirliyi və “Microsoft” ali təhsil müəssisələrində rəqəmsal alətlərə çıxışı genişləndirir
03.06.2026 - 12:29
