Latviyada ali təhsil üzrə təqaüd proqramı
Latviya hökuməti Azərbaycan vətəndaşları üçün bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə təqaüd proqramı elan edib. Proqram Azərbaycan hökuməti ilə Latviya hökuməti arasında təhsil sahəsində əməkdaşlığa dair Sazişə əsasən elan olunub.
Müsabiqədə iştirak etmək istəyən Azərbaycan vətəndaşları cari ilin aprelin 1-dək https://scholarships.viaa.gov.lv/en/login keçidi vasitəsi ilə Latviya hökuməti, aprelin 5-dək isə https://www.app.htp.edu.az/ keçidində Təhsil Nazirliyi tərəfindən təqdim olunan elektron ərizə sistemlərini doldurub təsdiq etməlidirlər.
Proqram çərçivəsində bakalavriat və magistratura təhsil səviyyələri üzrə aylıq 500 avro, doktorantura təhsil səviyyəsi üzrə aylıq 670 avro təqaüd Latviya hökuməti tərəfindən ödəniləcək. Səyahət və sığorta xərcləri isə namizədlərin özləri tərəfindən qarşılanacaq.
Namizədlərin müraciətləri araşdırıldıqdan sonra yekun qərar Latviya Dövlət Təhsil İnkişaf Agentliyi (DTİA) tərəfindən veriləcək.
Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.
7 il əvvəl
Digər xəbərlər
-
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar
04.06.2026 - 17:36 -
Əlavə təhsilin “Təkrar ali və orta ixtisas təhsili” istiqaməti üzrə sənəd qəbulu başlayır
04.06.2026 - 14:08 -
Nazir müavini Firudin Qurbanov Belarus Respublikasına səfəri çərçivəsində bir sıra görüşlər keçirib
04.06.2026 - 11:00 -
“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılışı baş tutub
03.06.2026 - 15:00 -
Elm və Təhsil Nazirliyi və “Microsoft” ali təhsil müəssisələrində rəqəmsal alətlərə çıxışı genişləndirir
03.06.2026 - 12:29
