“Olimpiya Mədəniyyəti və Təhsil Proqramı”nın təqdimatı
Fevralın 6-da Milli Olimpiya Komitəsində (MOK) “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı”na cəlb olunan məktəb direktorları ilə görüş keçirilib. Tədbirdə Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, MOK-un məsul şəxsləri və proqramın işçi heyəti iştirak edib.
Tədbirdə çıxış edən MOK-un marketinq şöbəsinin rəisi Mehman Kərimov, Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev proqram çərçivəsində həyata keçiriləcək tədbirlər, proqrama cəlb olunan məktəblərin rolu və vəzifələrindən danışıb, məktəb direktorlarını maraqlandıran suallara cavab veriblər.
Tədbir hər bir Avropa ölkəsinin Bakı şəhər məktəblərinə təhkim olunması üzrə bölgüsünü təşkil etmək üçün püşkatma ilə yekunlaşıb. Bakı məktəbləri təhkim olunduqları Avropa ölkəsinin mədəniyyəti, tarixi, milli və müasir idman növlərini öyrənəcək, həmçinin qardaşlaşmış məktəblərə Azərbaycan mədəniyyəti, incəsənəti, idmanı haqqında məlumat vermək imkanı əldə edəcəklər.
Qeyd edək ki, “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” cari ilin iyul ayında Bakı şəhərində keçiriləcək Avropa Gənclər Olimpiya Festivalının irsi çərçivəsində həyata keçirilir. Proqramın əsas məqsədi Avropa Olimpiya Komitəsinə üzv ölkələrin gəncləri arasında mədəniyyət və idmanı, həmçinin Olimpiya hərəkatını təşviq etməkdir.
Proqram çərçivəsində Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək ölkələrin məktəbləri ilə Bakı şəhərindən seçilmiş 49 ümumtəhsil müəssisəsi arasında əlaqələrin qurulması, məlumat mübadiləsinin aparılması nəzərdə tutulub.
7 il əvvəl
Digər xəbərlər
-
Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramı məzunları ilə görüşüb
06.06.2026 - 11:00 -
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar
04.06.2026 - 17:36 -
Əlavə təhsilin “Təkrar ali və orta ixtisas təhsili” istiqaməti üzrə sənəd qəbulu başlayır
04.06.2026 - 14:08 -
Nazir müavini Firudin Qurbanov Belarus Respublikasına səfəri çərçivəsində bir sıra görüşlər keçirib
04.06.2026 - 11:00 -
“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılışı baş tutub
03.06.2026 - 15:00
