İnklüziv təhsil sahəsində təlim
İnklüziv təhsil sahəsində icra olunan layihələr çərçivəsində təlim proqramına start verilib. Təlimlərə Bakı, Gəncə, Sumqayıt, Quba, Şəki, Şamaxı, Ağcabədi və Cəlilabad rayonlarından 51 ali məktəb müəllimi cəlb edilib.
Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində Avropa İttifaqının maliyyə dəstəyi əsasında Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və YUNİSEF tərəfindən inklüziv təhsil sahəsində iki layihə icra olunur.
Beynəlxalq ekspertlər tərəfindən aparılan təlimin əsas məqsədi layihənin əhatə dairəsinə daxil olan müəllimlərin təlim bacarıqlarını artırmaq və onları inklüziv təhsil sahəsində yeni tədris üsullarının tətbiqinə təşviq etməkdir.
Təlimdə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin layihə rəhbəri Leyla Tağıyeva diqqətə çatdırıb ki, müəllimlər sağlamlıq imkanları məhdud uşaqların məktəbə uğurlu inteqrasiyası və səmərəli öyrənmə mühitinin stimullaşdırılmasında hərəkətverici qüvvədir. Təlimlərdə təqdim edilən yanaşmalar müəllimlər arasında əməkdaşlıq və təcrübə mübadiləsinin təşviqinə əsaslandığından daha çox müəllimin inklüziv təhsil sahəsində bacarıqlarının artırılmasına nail olunacaq.
Təlimlərdə iştirak edən müəllimlər layihənin növbəti mərhələsində Bakı, Gəncə, Sumqayıt, Qazax, Quba, Şəki, Şamaxı, Ağcabədi və Cəlilabadda 1000 nəfər ibtidai sinif müəllimi, 400 nəfər direktor və direktor müavini, ali təhsil müəssisələrinin pedaqoji fakültələrində çalışan 700 nəfər pedaqoq-müəllim və 3300-ə yaxın tələbə üçün təlimlər təşkil edəcəklər.
Təlimlər fevralın 8-dək davam edəcək.
7 il əvvəl
Digər xəbərlər
-
Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramı məzunları ilə görüşüb
06.06.2026 - 11:00 -
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar
04.06.2026 - 17:36 -
Əlavə təhsilin “Təkrar ali və orta ixtisas təhsili” istiqaməti üzrə sənəd qəbulu başlayır
04.06.2026 - 14:08 -
Nazir müavini Firudin Qurbanov Belarus Respublikasına səfəri çərçivəsində bir sıra görüşlər keçirib
04.06.2026 - 11:00 -
“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılışı baş tutub
03.06.2026 - 15:00
