Gənclər üçün Prezident mükafatçısı Hökumətlərarası Təqaüd Proqramının məzunudur
Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Gənclər üçün Prezident Mükafatına layiq görülən Allahverdi Şahverənov doktorantura səviyyəsi üzrə Hökumətlərarası Təqaüd Proqramının (HTP) məzunudur.
Azərbaycan Tibb Universitetinin (ATU) Müalicə işi fakültəsinin məzunu olan Allahverdi Şahverənov 2013-2016-cı illərdə həmin proqram çərçivəsində Çin Xalq Respublikasının Huazhong Universitetində onkologiya ixtisası üzrə doktorant təhsili alıb. 2016-cı ildə ölkəyə qayıdaraq Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunda İnsan genetikası laboratoriyasına rəhbərlik edib. 2016-cı ildə dissertasiyasını müdafiə edərək tibb üzrə fəlsəfə doktoru dərəcəsi alıb.
2017-2018-ci illərdə Çinin Şencen Cənubi Elm və Texnologiya Universitetində postdoktorantura təhsili alan Allahverdi Şahverənov hazırda AMEA Genetik Ehtiyat İnstitutunun İnsan genetikası laboratoriyasının müdiridir.
Azərbaycan, alman, ingilis, rus, çin və türk dillərini bilir.
7 il əvvəl
Digər xəbərlər
-
Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramı məzunları ilə görüşüb
06.06.2026 - 11:00 -
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar
04.06.2026 - 17:36 -
Əlavə təhsilin “Təkrar ali və orta ixtisas təhsili” istiqaməti üzrə sənəd qəbulu başlayır
04.06.2026 - 14:08 -
Nazir müavini Firudin Qurbanov Belarus Respublikasına səfəri çərçivəsində bir sıra görüşlər keçirib
04.06.2026 - 11:00 -
“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılışı baş tutub
03.06.2026 - 15:00
