Rumıniyada 2019-2020-ci tədris ili üzrə təqaüd proqramı
Rumıniya Xarici İşlər Nazirliyi 2019-2020-ci tədris ili üçün ali təhsilin bakalavriat, magistratura, doktorantura səviyyələri üzrə təqaüd proqramı elan edib.
Proqrama əsasən, memarlıq, incəsənət, Rumıniya mədəniyyəti və sivilizasiyası, jurnalistika, siyasi və idarəetmə elmləri, sosial və humanitar elmlər, neft-qaz, kənd təsərrüfatı və texnologiya elmləri, baytarlıq üzrə təqaüdlər təklif olunur.
Təqaüd proqramının tədris dili rumın dilidir. Təhsil haqqı, yataqxana xərcləri, aylıq təqaüd Rumıniya tərəfindən qarşılanacaq.
Müsabiqədə iştirak etmək istəyən Azərbaycan vətəndaşları https://www.mae.ro/en/node/10251 səhifəsində göstərilən müvafiq ərizə formaları ilə birgə tələb olunan sənədləri fevralın 15-dən 22-dək təqdim etməlidirlər.
Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.
7 il əvvəl
Digər xəbərlər
-
Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramı məzunları ilə görüşüb
06.06.2026 - 11:00 -
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar
04.06.2026 - 17:36 -
Əlavə təhsilin “Təkrar ali və orta ixtisas təhsili” istiqaməti üzrə sənəd qəbulu başlayır
04.06.2026 - 14:08 -
Nazir müavini Firudin Qurbanov Belarus Respublikasına səfəri çərçivəsində bir sıra görüşlər keçirib
04.06.2026 - 11:00 -
“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılışı baş tutub
03.06.2026 - 15:00
