Dərslik layihələrinə dair ictimai rəy öyrənilir
5 il əvvəl
2021-2022-ci tədris ilinə ölkənin dövlət ümumi təhsil müəssisələrinin II və VI sinifləri üçün yeni hazırlanmış və ya təkmilləşdirilmiş dərslik və dərsliklərin metodik vəsaitlərinə dair ictimai rəyin öyrənilməsi prosesi davam edir. Bu məqsədlə dərslik və dərsliklərin metodik vəsaitlərinin layihələri www.trims.edu.az saytının “İctimai müzakirədə olanlar” bölməsində yerləşdirilib.
Sayta daxil olaraq qeyd edilən bölmədə yerləşdirilmiş dərslik komplektlərinin məzmunu ilə tanış olmaq, eyni zamanda xüsusi ayrılmış sahədə irad və təklifləri yazmaq mümkündür. İrad və təkliflər derslik@edu.gov.az elektron ünvanına da göndərilə bilər.
Təhsil Nazirliyi elm adamlarını, təhsil işçilərini, valideynləri, aidiyyəti dövlət qurumlarını, müxtəlif ictimai birlikləri və bütün maraqlı tərəfləri müzakirəyə çıxarılmış dərslik layihələrinə dair rəy, irad və təkliflərini bildirməyə dəvət edir.
Digər xəbərlər
-
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
05.11.2026 - 09:40 -
“BilBacar” müsabiqəsinə qeydiyyat başlayır
04.11.2026 - 15:48 -
“BilBacar” müsabiqəsi yenidən başlayır!
03.11.2026 - 16:58 -
Nazir müavini Firudin Qurbanov Tərtər rayonuna səfər edib
02.11.2026 - 18:30 -
Azərbaycan Tələbə Liqasının 2026/2027 mövsümünə start verilib
02.11.2026 - 12:50
