Təhsil nazirinin müavini YUNESKO-nun yüksək səviyyəli görüşündə
Martın 29-da təhsil nazirinin müavini İdris İsayev YUNESKO tərəfindən təşkil olunmuş “COVID-lə bir il: Nəsil fəlakətinin qarşısının alınması məqsədilə təhsilin bərpasının prioritetləşdirilməsi” mövzusunda yüksək səviyyəli virtual görüşdə iştirak edib.
“COVID-19” pandemiyasının təhsil sahəsinə təsiri mövzusuna həsr olunan virtual tədbirdə YUNESKO-nun Baş direktoru Odri Azulay, BMT-nin Baş katibi Antonio Qutyereş və bir sıra ölkələrin təhsil nazirləri iştirak edib.
İdris İsayev çıxışında Azərbaycanda pandemiya dövründə təhsilin davamlılığının təmin edilməsi məqsədilə atılan addımlar barədə tədbir iştirakçılarını məlumatlandırıb. Nazir müavini həmçinin ölkəmizdə icra edilən “Virtual məktəb” layihəsinin xüsusi rolunu qeyd edib və yaratdığı imkanlardan söz açıb.
4 il əvvəl
Digər xəbərlər
-
1640 şagird “Məktəblilərarası Milli Hakaton”nun növbəti mərhələsində yarışacaq
14.05.2025 - 10:56 -
“Danışır təcrübə” layihəsinin qonağı Həsən Həsənov olub
13.05.2025 - 17:00 -
"Ən yaxşı təqdimat" müsabiqəsinin qalibləri mükafatlandırılıblar
13.05.2025 - 14:50 -
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılıb
13.05.2025 - 11:30 -
Elm və təhsil naziri Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
12.05.2025 - 17:55