“Vərəm və COVID-19 haqqında nələri bilməliyik?” adlı maarifləndirici tədbir keçirilib
“Uşaqlar gələcəyimizdir!” şüarı altında “Vərəm və COVID-19 haqqında nələri bilməliyik?” adlı maarifləndirici tədbir keçirilib.
Tədbir "Sağlamlığa Xidmət" İctimai Birliyi və Azərbaycan Valideyn-Müəllim Assosiasiyasının birgə təşkilatçılığı ilə Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin Regional Vərəm Proqramı (TB REP 2.0) və Azərbaycanda Səhiyyə sahəsində Beynəlxalq Proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyasının dəstəyi ilə baş tutub.
Tədbirdə çıxış edən təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib ki, Təhsil Nazirliyinin Fəaliyyət Planında uşaqların sağlamlığı ilə bağlı məsələlər ən prioritet məsələlərdən biridir. Nazir müşaviri qeyd edib ki, nazirlik tərəfindən bu istiqamətdə bir sıra layihələr həyata keçirilir. Təhsil müəssisələrində infeksion və qeyri-infeksion xəstəliklər barədə mütəmadi maarifləndirmə tədbirləri təşkil edilir. O cümlədən, təhsil müəssisələrində ənənəvi təhsilə keçidlə bağlı hazırda COVID-19 əleyhinə müxtəlif tədbirlər təşkil edilir, gigiyena qaydalarına düzgün əməl etməklə bağlı mütəmadi məlumatlandırma aparılır.
Daha sonra çıxış edən UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin COVID-19 haqqında məlumatlandırma, pandemiya dövründə uşaqlara dəstək olma, onların bu prosesdən ən az təsirlənməsi ilə bağlı UNICEF tərəfindən həyata keçirilən layihələr barədə danışıb. Edvard Karvardin qeyd edib ki, vərəmlə mübarizə də pandemiya dövründə unudulmamalı və vərəmə yoluxan uşaqların müalicə və qayğıya əlçatanlığı təmin olunmalıdır.
TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva da öz növbəsində COVID-19 virusu ilə mübarizə çərçivəsində dövlət tərəfindən görüən işlər barədə danışıb. Vərəmlə mübarizə istiqamətində pandemiya dövründə yaranmış çətinlikləri vurğulayan Nəzrin Mustafayeva Con Hopkins Universiteti tərəfindən aparılmış "COVID-19 dövründə vərəmlə mübarizədə fasilələrin gələcək dövrlərdki fəsadları barədə modelləşdirmə" haqqında da məlumatı diqqətə çatdırıb.
Stop TB Tərəfdaşlığının icraçı direktoru Lucica Ditiu və Moldovanın Səhiyyə Siyasəti və İslahatlar Mərkəzinin direktoru Stela Bivol, Azərbaycan Valideyn-Müəllim Assosasiyasının icraçı direktoru Şahin Rəcəbov və Azərbaycan üzrə Vərəm əleyhinə QHT Koalisiyasının rəhbəri Elçin Muxtarlı vərəmlə mübarizədə diqqət çəkilməli məsələlərdən birinin pediatrik vərəm olmasını vurğulayıblar. Bildirilib ki, COVID-19 virusu uşaqlara az təsir etsə də, vərəm onlardan yan keçmir və hər il dünyada 1 milyondan çox insan vərəmə yoluxur.
Sonda Tık-tık xanım və Cırtdanın dialoqu dinlənilib, şagirdlər- Çiçək Hüseynli və Ziya Nəsibli "Vərəm və COVID-19" mövzusunda əhvalat danışıb, Nuray Rəhman isə “Mənə bir nağıl danış, ata” adlı mahnını ifa edib. Vərəmdən dünyasını dəyişmiş Frederik Şopenin xatirəsinə Bakı Musiqi Akademiyasının tələbəsi Zöhrə Ramazanlı tərəfindən “Nokturn” əsəri pianoda ifa olunub.
4 il əvvəl
Digər xəbərlər
-
2037 nəfər III “Maarifçi” tələbə-məzun təcrübə proqramına qəbul olmaq üçün imtahan verəcək
14.05.2025 - 11:53 -
1640 şagird “Məktəblilərarası Milli Hakaton”nun növbəti mərhələsində yarışacaq
14.05.2025 - 10:56 -
“Danışır təcrübə” layihəsinin qonağı Həsən Həsənov olub
13.05.2025 - 17:00 -
"Ən yaxşı təqdimat" müsabiqəsinin qalibləri mükafatlandırılıblar
13.05.2025 - 14:50 -
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılıb
13.05.2025 - 11:30