“Coca-Cola məktəbli kuboku” turnirinə yekun vurulub
Təhsil Nazirliyi, AFFA və Coca-Cola şirkətinin birgə layihəsi olan “Coca-Cola Məktəbli Kuboku” turnirinin final mərhələsinə yekun vurulub.
"ABU Arena” idman kompleksində keçirilən final qarşılaşmasında Bakı şəhəri Binəqədi rayonu 126 nömrəli tam orta məktəbin komandası ilə Qazax rayonu Qazaxbəyli kənd tam orta məktəbin komandası qarşılaşıb. Rəqibini 5:1 hesabı ilə məğlub edən 126 nömrəli tam orta məktəbin komandası “Coca-Cola Məktəbli Kuboku” turnirinin 2017-2018-ci il mövsümünün qalibi olub. Turnirdə 3-cü yeri Mingəçevir şəhər Texniki Humanitar Liseyin komandası tutub.
Final qarşılaşmasından sonra qaliblərin mükafatlandırma mərasimi keçirilib. Məktəbli futbolçulara kubok, medal, diplom, xatirə hədiyyələri tədqim olunub. Turnirin "ən yaxşı oyunçu" adına Binəqədi rayonu 126 saylı orta məktəbinin komandasının üzvü Səbuhi Qurbanov, “ən məhsuldar oyunçu” adına həmin komandanın digər oyunçusu Əmirxan Qurbanov, “fair play” nominasiyasının qalibi adına isə Qazax rayon Qazaxbəyli kənd məktəbinin komandasının futbolçusu Fidan Məmmədova layiq görülüblər.
Qeyd edək ki, “Coca-Cola Məktəbli Kuboku”nun 2017/2018 mövsümünün məktəbdaxili mərhələsində 100 minə yaxın məktəbli iştirak edib. 7 ildir təşkil olunan “Coca-Cola Məktəbli kuboku” ölkə üzrə keçirilən ən kütləvi futbol yarışmasıdır.
7 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
