Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
Aprelin 24-də Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli Tərtər rayonuna səfər edib.
Səfər çərçivəsində Aparat rəhbəri Tərtər şəhəri Şikar Şikarov adına 5 nömrəli tam orta ümumtəhsil məktəbi və Tərtər şəhəri 2 nömrəli körpələr evi-uşaq bağçasını ziyarət edib, tədris prosesi və müəssisələrin şəraiti ilə maraqlanıb. Məktəblə tanışlıq zamanı “Rəqəmsal bacarıqlar” layihəsi, eləcə də çağırışaqədərki hazırlıq fənni üzrə dərs prosesi izlənilib, şagird və müəllimlərlə söhbət aparılıb, onların təklif və rəyləri dinlənilib.
Səfər çərçivəsində Tərtər Peşə Məktəbinə də baxış keçirilib, burada tədris imkanları, ixtisas hazırlığı və əmək bazarının tələblərinə uyğun kadr hazırlığı istiqamətində görülən işlər barədə məlumat alınıb. Aparat rəhbəri sözügedən müəssisədə peşə hazırlığının əhatəliliyi və səmərəliliyinin artırılması, işəgötürənlərin peşə təhsili prosesində yaxından iştirakı, ölkə iqtisadiyyatı üçün rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanmasının vacibliyini qeyd edib və bununla bağlı müvafiq tapşırıqlar verib.
24.04.2026 - 15:00
Digər xəbərlər
-
Dövlət dəstəyi ilə seçilmiş özəl bağçalarda tədrisə başlanılıb
01.10.2026 - 16:35 -
Türkiyənin Ali Təhsil Şurasının sədri Türkiyə–Azərbaycan Universitetini ziyarət edib
01.10.2026 - 10:18 -
Müdafiə sənayesi üzrə ali təhsil, kadr hazırlığı, elmi-tədqiqat və texnologiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb
30.09.2026 - 21:18 -
Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçiriləcək
29.09.2026 - 15:47 -
“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub
29.09.2026 - 15:11
