“Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək” layihəsinin açılış mərasimi
Mayın 24-də Gəncə şəhərində “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək” layihəsinin açılış mərasimi keçirilib.
Mərasim Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycanda peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi” layihəsi çərçivəsində Gəncə regional komponenti üzrə təşkil olunub. Layihənin məqsədi Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək göstərmək və peşə təhsilinin keyfiyyətini artırmaqdır.
Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas, BMTİP-nin Rezident Nümayəndəsinin müavini Alessandro Frakassetti, Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğun Regional Proqramlar üzrə bölmə rəhbəri Vasilis Maragos, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev çıxış edərək təqdim olunan layihənin Gəncə şəhərində və ətraf rayonlarda peşə təhsilinin inkişafında mühüm rol oynayacağını vurğulayıb, layihənin icrası istiqamətində uğurlar arzulayıblar.
Layihə rəhbəri Eltəkin Ömərov təqdimatla çıxış edərək tədbir iştirakçılarına layihənin icra mexanizmi, fəaliyyətləri və peşə təhsilinin inkişafı sahəsində əhəmiyyəti barədə geniş məlumat verib.
Tədbirdə Təhsil Nazirliyinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin, “Azərbaycanda peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi” layihəsinin əməkdaşları, peşə təhsili müəssisələrinin və digər qurumların təmsilçiləri iştirak edib.
Sonda layihə çərçivəsində görüləcək işlər barəsində qarşılıqlı fikir mübadiləsi aparılıb, maraq doğuran məsələlər müzakirə edilib.
Tədbir iştirakçıları Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şəraitlə tanış olublar.
6 il əvvəl
Digər xəbərlər
-
RFO-nun biologiya fənni üzrə praktiki turuna infotur təşkil olunub
01.05.2025 - 14:30 -
2025–2026-cı tədris ili üzrə I siniflərə qəbul başladı
01.05.2025 - 11:30 -
Elm və təhsil naziri Astarada vətəndaşları qəbul edəcək
01.05.2025 - 10:42 -
Nazir müavini Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın 7-ci iclasında çıxış edib
01.05.2025 - 09:30 -
Nazir müavini İtaliya Deputatlar Palatasının üzvü ilə görüşüb
30.04.2025 - 15:38