“Ən yaxşı təqdimat” müsabiqəsinin ölkə mərhələsi keçirilir
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin ölkə mərhələsinə başlanılıb.
Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən təqdimat müsabiqəsi Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunur.
Müsabiqənin ölkə mərhələsində respublikanın bütün bölgələrindən olan 104 nəfər şagird iştirak edir. Şagirdlər Təhsil Nazirliyində yaradılmış İşçi qrupunun qarşısında 10 dəqiqəlik təqdimat edir, onların çıxışları əvvəlcədən müəyyən edilmiş meyarlar əsasında maksimum 10 balla qiymətləndirilir.
“Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, şagirdlər diplom, tərifnamə və qiymətli hədiyyələrlə təltif olunacaqlar.
8 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
