Azərbaycanlıların soyqırımının 100 illiyi bağlı tədbir keçirilib
Təhsil Nazirliyi, Quba Rayon İcra Hakimiyyəti, Quba Rayon Təhsil Şöbəsinin dəstəyi və rayonun Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Soyqırımı - 100” adlı tədbir keçirilib.
Tədbirdə Bakı və Quba məktəbliləri ilə yanaşı “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının orta məktəb şagirdlərinin ikinci mübadilə proqramı”na Türkiyə, Qazaxıstan və Qırğızıstandan qatılan əlli nəfər məktəbli də iştirak edib.
Tədbir iştirakçıları soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib, Quba rayon Gənclər Mərkəzində rayonun Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin təşkil etdiyi əl işlərindən və rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Tədbir rəsmi hissə ilə davam edib. Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin sektor müdiri Ayla Həsənova çıxış edərək türk xalqlarının ortaq dəyərlərinin böyüyən nəslə çatdırılmasının, Azərbaycan xalqının sağalmaz yaralarından olan belə bir günün məktəblilər tərəfindən anılmasının, eyni zamanda qardaş türk xalqlarının ölkəmizdə səfərdə olan yeniyetmələrindən ibarət heyətin soyqırımı ilə bağlı həqiqətləri görməsinin əhəmiyyətini vurğulayıb.
Sonra çıxış edənlər şagirdlərdə vətənpərvərlik ruhunun aşılanmasının və xalqımıza qarşı həyata keçirilən bu faciə barədə gələcək nəsillərdə milli yaddaş formalaşdırılmasının vacibliyini qeyd ediblər.
Tədbir Quba rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri tərəfindən təşkil edilmiş çıxışlar və mart soyqırımına həsr olunmuş sənədli filmin nümayişi ilə yekunlaşıb.
6 il əvvəl
Digər xəbərlər
-
Füzuli rayonu Aşağı Alıxanlı kənd tam orta məktəbində ilk idman festivalı keçirilib
26.09.2024 - 17:10 -
Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı ilə bağlı brifinq keçirilib
26.09.2024 - 15:00 -
Təhsilin İnkişafı Forumu keçiriləcək
26.09.2024 - 14:30 -
Moskva şəhərində Rusiya-Azərbaycan Elm və Təhsil Forumu keçirilir
26.09.2024 - 12:00 -
Təhsildə Yeni Çağırışlar V Beynəlxalq Forumu keçiriləcək
25.09.2024 - 15:47