“Təhsil Liqaları”na start verilib
Təhsil Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetin İdman Kompleksində basketbolçulardan ibarət komandalar arasında 2017-2018-ci il üzrə “Təhsil Liqaları”na start verilib.
13 (U-13) və 15 yaşadək (U-15) komandalar arasında təşkil edilən “Təhsil Liqaları”nın keçirilməsində məqsəd yaş qrupları üzrə ən yaxşı basketbolçuların aşkar edilməsi, onların oyun təcrübəsinin artırılması və yığma komandaların müəyyənləşdirilməsindən ibarətdir.
Təhsil Nazirliyinin, Azərbaycan Basketbol Federasiyasının və idman ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirin açılış mərasimində basketbol idman növünə uşaq və yeniyetmələrin cəlb edilməsi və istedadlı idmançıların aşkar edilməsi baxımından liqaların əhəmiyyətindan danışılıb. Həmçinin belə tədbirlərin uşaq-gənclərin idmana olan maraqlarının artmasında müsbət rolu vurğulanıb.
Tədbirin bədii hissəsində 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəqs qrupunun və solistlərinin ifası təqdim edilib.
Qeyd edək ki, hər iki yaş qrupu üzrə liqalarda idman məktəblərinin, müxtəlif idman təşkilatlarının 24 komandası mübarizə aparır.
İki dövrədən ibarət olan liqaların oyunları 2018-ci ilin iyun ayında başa çatacaq.
8 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
